Pendirin düzgün saxlanması

Keçən məqaləmizdə sizə evdə pendir hazırlamaq haqqında danışmışdıq. Bu məqalədə isə pendirin saxlanma qaydası, təzə köhnə olduğunu necə ayırd edəcəyimiz barədə yazacayıq. Pendir uşaqların, hamilə qadınların qidalanmasında önəmlidir, çünki onda çoxlu miqdarda kalsium var. Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida dəyəri baxımından böyük önəmlidir. Agroexpert.az pendirin hansı şərtlər altında saxlanması haqda maraqlı məlumatlarla sizi də tanış edir.

Köhnə pendir necə bilinir:

pendirin saxlanma
  1. Pendirin təzəliyi, köhnəliyi qoxusundan bilinir. 
  2. Pendirin rəngi də əsasdır. Pendirin üzərinin saralması bayat olmasından xəbər verir.
  3. Pendirin üzərindəki gözənəklər də önəmlidir. Dədə-baba pendirində gözənəklərin çox olması vacibdir.
  4. Pendir alarkən üzəri sarıərpli olmayan, qoxusuz pendir alın. 

Pendirin uzun müddət saxlanması

Hər pendirin saxlanma şərtləri fərqlidir. Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.  Pendiri alan zaman ilk növbədə son istifadə tarixinə diqqət edin. Son istifadə tarixi keçmiş heç bir qidanı yemək olmaz. Əgər alacağınız pendirin istifadə tarixi yaxın vaxtlardırsa, onu almaq fikrindən daşının. Çünki alan kimi yeməyəcəksiniz və uzun müddət saxlamaq mümkün olmur. Qablaşdırılmasına fikir verin. Pendirin rənginin dəyişib-dəyişməməsinə fikir verin.

Pendir tez bir zamanda yeyilməyəcəksə, öz qabında soyuducuda saxlanmalıdır. Qabından çıxarıldıqdan sonra mütləq başqa qabda saxlanmalı və qablaşdırılma vasitələrinə bükülərək qorunmalıdır. Əks təqdirdə pendir nəmini itirər, ətri və ləzzəti azalar. Otaq temperaturunda, süfrədə, piştaxtada saxlanılan pendir qablaşdırılmış pendirin içərisinə qatılmamalıdır. Başqa bir qapalı qabda duzlu su əlavə edilərək saxlanmalıdır.

Ağ pendirin saxlanma şərti

Ağ pendir qablaşdırılması açıldıqdan sonra içməli suyun içinə duz qatılaraq hazırlanmış mayenin içərisində saxlanmalıdır. Bu, pendirin uzun müddət qida dəyəri və ləzzətini itirməmək üçün ən yaxşı vasitədir. Beləliklə, pendirin özünü daha yaxşı tutma müddəti də yaxşılaşacaqdır. Pendir və pendir növləri oksigendən uzaq saxlanmalıdır. Ağ pendiri doğrayan zaman bıçağı islatsanız, daha yaxşı dilimlənəcək.

Qızardılmış pendirlər yeyilməzdən əvvəl 15-20 dəqiqə suda saxlanılarsa, tərkibindəki duz sovrular və həqiqi dadı ortaya çıxar. Ağ pendirdən başqa digər pendirlər yuyulmamalıdır. Su ilə təmas pendirin ləzzət və qoxusunun itməsinə səbəb olar. Pendir dondurucuda və otaq temperaturunda saxlanmamalıdır.

Holland pendiri isə dilimlərə bölünmədən saxlanmalıdır. Ehtiyacınız olan qədər kəsdikdən sonra pendiri öz qabında vəya strecə sarıyaraq mühafizə etməniz məsləhətdir. Beləliklə, məhsul su itirmədən qurumayacaq və pendirin qalan hissəsi xarab olmayacaq.

Pendiri şoraba kimi və ya tuluğa dolduraraq saxlamaq olar. Evdə isə saxlamaq üçün jelatinə sarımaq lazımdır ki, hava çəkməsin. Bu üsulla pendiri 1 ay keyfiyyətini itirmədən saxlamaq olar. Pendirin saxlanma müddəti duzlu olması ilə düz mütənasibdir. Duzunu götürmək üçün pendiri suda çox saxladıqda yumşalır. Yalnız yeyəcəyiniz hissəni suda saxlayın.

Bu videoda pendiri ev şəraitində uzun müddət saxlamağın qaydası verilir:

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673