Pişiklər necə xilas olurlar?

pişik haqqında. pişiklər necə xilas olurlar?

Pişiklərin nəzərəçarpan xüsusiyyətlərindən biri çox yüksəkdən yıxılsalar belə, bir neçə yüngül yara ilə həyatda qalmalarıdır. Ölümdən xilas olaraq həyatda qalmalarının sirri Rəbbimizin bu canlılarda yaratdığı bioloji xüsusiyyətlərdə gizlidir.

Pişiklər ölümcül yıxılmadan necə xilas olurlar?

Pişiklərin bədəni çəkilərinə nisbətdə daha çox sahə tutur. Bu qüsursuz yaradılış xüsusiyyəti yerə çırpıldıqda məruz qaldıqları zərbəni azaldır. Digər tərəfdən pişiklərin düşmə sürəti insan, yaxud at kimi daha böyük canlıların düşmə sürətinə nisbətən çox azdır. Aparılan tədqiqatlara əsasən, havada qol və ya ayaqlarını açaraq müvazinəti saxlamağa çalışan pişiyin düşmə sürəti 96 km/saat-dır. Böyük insan üçün eyni sürət isə pişiyə nisbətən 2 dəfə çox, yəni 192 km/saat-dır.

Havada istiqaməti təyin edə bilirlər.

Pişiklər Allahın bəxş etdiyi yaradılış xüsusiyyətləri sayəsində havada bədənlərini gərməklə yanaşı, lazım olan vaxtda 4 ayaq üstünə düşmək üçün bədənlərini çevirə bilirlər. Bu akrobatik bədən hərəkətləri zamanı bədənlərinin çevrilməsində və ayaqlarının lazım olan mövqeni tutmasında quyruqları əhəmiyyətli rol oynayır.

Pişiklərin havada işə düşən refleksləri həyatda qalmalarını təmin edir.

Pişiklər yerə düşərkən meydana gələn zərbə onların bütün orqanizminə təsir etmir. Çünki bu zərbə yıxılarkən ayaqlarının ən doğru şəkildə yerə dəyməsi ilə təsirini itirir. Rəbbimiz pişiklərdə kinetik enerjini yaxşı paylayan əzələ sistemi yaratmışdır. Buna görə də sümüklər zərbənin şiddətindən qırılmırlar. Pişiklərin ayaqlarının quruluşu da insanlardan fərqli yaradılmışdır. İnsanların bədənlərindən birbaşa uzanan ayaqlarının əvəzinə pişiklərin ayaqları müəyyən bucaq altında bədənə birləşir. Bu xüsusiyyət sayəsində pişiklərin ayaqları çırpılma anında zərbəni paylayır və ölüm riskini azaldır.

 

Mənbə

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Pişiklər necə xilas olurlar?

  • November 30, 2017 at 5:04 pm
    Permalink

    cox maraqli idi cox saq olun.

    Reply
    • December 1, 2017 at 8:49 am
      Permalink

      Dəyməz. Buyurun.

      Reply
  • December 1, 2017 at 8:31 am
    Permalink

    Pisiklerin bu hereketinden judonun banisi istifade edib fend düzeldirmiş

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!