Pivot sistemləri dünyanın ən qabaqcıl suvarmasıdır
Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əkin sahələrini çoxaltmadan 2-3 dəfəyədək artırmaq olar…
Pivot sistemləri
Azərbaycanın kənd təsərrüfatı sahəsində suvarma, meliorasiya ilə bağlı son illər ardıcıl və sistemli işlər görülür.
Buraya regional, eyni zamanda, dövlət investisiya proqramları çərçivəsində inşa olunub. Onlar aşağıda qeyd olunub və daxildir:
- yeni su anbarları;
- nasos stansiyaları;
- suvarma kanalları;
- digər su təsərrüfatı;
- obyektlərinin tikintisi.
Yaradılan potensialdan tam istifadə etmək isə aqrar prioritetlərdəndir. Meliorativ tədbirlərin yaxşılaşdırılmasıdır. Ona görə də sudan səmərəli istifadənin təminatı üçün pivot suvarma sistemlərinin tətbiq arealı daha da genişlənməlidir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi aqrar siyasi kursun əsas istiqamətlərindən biri məhz budur.
Pivot suvarma sahəsində dünyanın ən müasir və praqmatik üsullarından birini təklif edən “Lindsay”ın Azərbaycandakı rəsmi tərəfdaşı olan “4S” şirkəti ölkənin aqrar sektoruna sözügedən sahədə həll variantları təqdim etməkdə qərarlıdır.
Bəs yerli kənd təsərrüfatı istehsalçıları “Lindsay” məhsullarının tətbiqi ilə nə qazanır?
- İlk olaraq, bildirək ki, “Lindsay” şirkətinin fəaliyyət fəlsəfəsinin qayəsini məhsuldarlığın maksimal artırılması təşkil edir. Təklif olunan müasir texnologiyalar sayəsində hər bir fermer üçün individualdır. Həmçinin kompleks yanaşma təqdim olunur.
- İkincisi, “Lindsay” bütün növ suvarma sistemlərinə malikdir. Buraya fırlanan tamancalı şlanqlar, dairəvi, frontal pivot sistemləri daxildir. Nəticə etibari ilə onlar istənilən torpaq sahəsinə uyğunlaşdırılmaqla ən keyfiyyətli məhsul əldə edilməsinə səbəb olur.
- Bundan əlavə, “Lindsay”ın pivot suvarma sistemlərini tətbiq etməklə, məhsul istehsalçıları 35-40 faiz daha az su istifadə edəcəklər və s. Bu yerdə qeyd edək ki, dünyada kənd təsərrüfatında istifadə olunan torpaqların yalnız 18 faizi suvarılır. Lakin bu torpaqlar planetdə ümumi istehsal olunan məhsulun 50 %-nı verir.
- Ekspertlərin hesablamalarına görə, sudan düzgün istifadə etməklə Azərbaycanda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əkin sahələrini çoxaltmadan, yəni ekstensiv deyil, intensiv üsulla inkişaf etdirərək 2-3 dəfəyədək artırmaq olar.
“Lindsay” pivot sistemləri dünyanın ən qabaqcıl suvarma sistemləridir
İndiyədək Azərbaycanın ən iri fermer təsərrüfatlarında, yeni yaradılan aqroparklarda, ümumilikdə, 500-ə qədər “Lindsay” pivot sistemi uğurla quraşdırılaraq istifadəyə verilib.
Bu sistemlə torpaqların şoranlaşmasının qarşısı alınır, bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir, nəticədə məhsuldarlıq bir neçə dəfə artıb.
“4S” şirkətinin rəsmi dilerlik etdiyi “Lindsay” suvarma sistemləri ilə bərabər, onların ehtiyat hissələrini də təsərrüfat istehsalçılarına təqdim edir. Belə ki, “Zimmatic” detallarından istifadə etməklə, suvarma sistemlərinin uzunömürlülüyünü təmin etmək mümkündür.
Xatırladaq ki, “Lindsay”ın Azərbaycandakı rəsmi tərəfdaşı olan “4S” şirkəti 2017-ci ilin oktyabrında təsis edilib.
Hal hazırda “4S” müştərilərinə dünyanın aqrar sahədə aparıcı məhsullarını təqdim edən alman brendləri CLAAS, LEMKEN və AMAZONE şirkətlərinin də rəsmi tərəfdaşıdır.