Pomidor bitkisində qonur çürüməyə qarşı mübarizə tədbirləri
Agroexpert.az saytı olaraq fermerlərin, torpaq mülkiyyətçilərinin, kənd təsərrüfatı və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hər kəsin faydalanmasında, maarifləndirilməsində əhəmiyyətli rol oynamağa çalışırıq. Bu səbəbdən sizlərin hər bir istək və suallarınızı mümkün olduğu qədər cavablandırmağa çalışırıq. Bu gün onlardan biri olan
Pomidor bitkisinin qonur çürüməsi və ya fitoftorozu sayılan xəstəliklə bağlı soruşulanlara cavabı təqdim edirik.
Xəstəlik dünyanın bütün ölkələrində ən geniş yayılmış xəstəliklərdəndir. Xüsusiylə kartof, pomidor bitkisinə ağır zərərlər vurur. Xeyli itgiyə səbəb olur. Pomidor bitkisində özəlliklə yay aylarında baş verir.

Xəstəlik bitkinin yarpaq, gövdə və meyvələrini yoluxdurur. Pomidorda xəstəliyin ilkin əlamətləri adətən kolunun aşağı yarpaqlarında kiçik səpələnmiş qonur rəngli ləkələr şəklində meydana çıxır.
Pomidorda qonur çürümə yayın ortalarında daha çox müşahidə edilir. Xəstəliyin inkişafı meteoroloji şəraitdən asılı olaraq dəyişir.
Əlverişli hava şəraitində (yüksək rütubət, mülayim davamlı hava) ləkə tezliklə böyüyür, bütün yarpağı əhatə edir. Rütubətli hava zamanı məhv olmuş toxumanın kənarlarında yarpağın alt tərəfində yüngül torlu örtük inkişaf edir. Həmin örtük göbələyin mitsellərindən ibarətdir. Uzun müddətli isti və rütubətli hava xəstəliyin intensiv inkişafına kömək edir. Xəstəliyin güclü inkişafı zamanı bir çox meyvələr təzə halda istifadəyə yararsızlaşır.
Pomidor bitkisində qonur çürümə xəstəliyinə qarşı Mübarizə Tədbirləri:

Hər bir bitkidə hər bir xəstəliyə qarşı profilaktiki tədbirlər önəmli olduğu kimi, pomidorun fitoftorozdan qorunmasında da profilaktiki tədbirlərin rolu böyükdür.
- Növbəli əkinə əməl edilməli,
- pomidorun əvvəlki əkin yerinə 3-5 ildən sonra qaytarılması lazımdır.
Pomidorun xəstəliyə davamlığını yüksəltməyin yollarından biri gübrələrin tətbiqidir. Hətta ən yüksək profilaktiki və aqrotexniki tədbirlər pomidor bitkilərini xəstəliklərdən qorumur. Pomidoru fitoftorozdan qorumaq üçün bu:
- Akrobat MS 69 faiz i.t. 1.8 kq/ha
- Kvadris 25 faiz s.k. 0.3 kq/ha
kontakt və sistem təsirli fungisidlərdən istifadə olunur.