Tərəvəzçilik Xəstəliklər

Pomidor bitkisinin qeyri-infeksion xəstəlikləri

Açıq və örtülü sahədə becərilməklə müxtəlif sortlar rayonlaşdırılmışdır
(Şahin, Şəlalə, İlkin, Elim, Titan, Utro, Vətən-1, Leyla və
s.). Azərbaycanın malik olduğu mülayim iqlim şəraitində pomidor
qeyri-infeksion və infeksion mənşəli müxtəlif xəstəliklərlə sirayətlənir.
Subtropik iqlimə malik Lənkəran, Astara, Abşeron və Xəzəryanı
bölgələrdə yayılan başlıca infeksion xəstəliklər Fitoftora, Septorioz,
Alternarioz, Fuzarioz, Boz çürümə, Ağ çürümə, Rizoktonioz,
Vertisillioz, Kökçürüməsi və soluxma yaradan müxtəlif patogenlər
və müx.təlif meyvə çürümələridir.

Qeyri-infeksion xəstəliklər

Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün onu törədən
səbəb aşkar edilməlidir. Xəstəliyin səbəbini aşkar etmək üçün
bitkilərdə olan anormal əlamətlər aşkarlanmalı və sağlam bitki ilə
olan hər bir fərq müqayisə edilməlidir. Azərbaycanda pomidor bitkisi
üzərində qeydə alınmış qeyri-infeksion xəstəlikləri mənşəyinə
görə aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Qida çatışmazlığı və ya artıqlığından yaranan xəstəliklər;
  2. Ətraf mühit və iqlim amillərinin təsirindən baş verən xəstəliklər;
  3. Mexaniki zədələnmələr;
  4. Pestisidlərin, mineral üzvi gübrələrin səhv tətbiqi nəticəsində
    yaranan yanıqlar, xloroz və s.;
  5. Sənaye tullantıları, radioaktiv çirklənmə və bu kimi başqa
    səbəblərdən meydana gələn xəstəliklər.
Mədəni və yabanı bitkilərdə müxtəlif qeyri-infeksion xəstəliklərin
meydana gəlməsinin başlıca səbəblərindən biri Azərbaycanda
müxtəlif torpaq-iqlim şəraitinin mövcud olmasıdır.

Belə ki, tərəfimizdən aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki, torpağın aqrokimyəvi tərkibində, suvarma suyunda olan müxtəlif ionların miqdarının az və ya çox olması meyvə, tərəvəz və başqa kənd təsərrüfatı bitkilərində müxtəlif əlamətlərlə müşayiət olunur.

Bunlarla yanaşı, torpaq-iqlim amillərinin mənfi təsirləri nəticəsində bitkilərdə fizioloji proseslərin pozulması, termiki yanıqlar, qurumalar, soluxmalar və başqa əlamətlərlə müşahidə olunan qeyri-infeksion xəstəliklər meydana gəlir. Abşeronda təbii su mənbələri həddən artıq az olduğundan şirin su çatışmazlığı həmişə hiss olunur. Bölgənin əksər yerlərində qrunt suyundan suvarmada istifadə edilir. Müxtəlif bölgələrdə qrunt sularında olan elementlərin ion tərkibi müxtəlifdir.

Hətta 0,5-1 km arası olan quyularda ion tərkibində kəskin fərqlər
müşahidə edilir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki,
Abşeron yarımadasının, Maştağa qəsəbəsi ərazisində qrunt suyunun
tərkibində Ca2+, Mg2+, Ba2+, S2- ionları üstünlük təşkil edirsə, ondan
1,5-2 km aralıda yerləşən Albalılıq ərazisindəki sularda Fe2+, K+,
Na+, Cl- ionları üstünlük təşkil edir.

Suvarma suyunun belə müxtəlif tərkibli olması nəticəsində eyni meyvə və dekorativ bitkilər üzərində bir-birindən tamamilə fərqlənən müxtəlif əlamətli xəstəliklər müşahidə edilir. Bölgədə badam, ərik, albalı, şaftalı, gavalı ağaclarında kitrənin axması, bitkilərdə boy və inkişafın dayanması, təpə tumurcuqlarının quruması müşahidə olunur.

Belə bitkilərin analizləri göstərir ki, suvarmada istifadə olunan suyun tərkibində Fe2+, Ca2+, Mg2+ ionları normadan artıqdır. Bu isə mis ionlarının qıtlığına səbəb olur. Beləliklə, göbələklərə öldürücü təsir göstərən mis ionlarının az olması, immunitetin artmasına kömək edən askorbinoksidaza, polifenoloksidaza fermentlərinin miqdarının aşağı düşməsinə və immunitetin azalmasına səbəb olur. Buna görə bitkilər müxtəlif stressslərə qarşı dözümsüz olur, göbələk və bakteriyalarla asanca sirayətlənir. Aparılmış tədqiqatlarla pomidor üzərində aşağıdakı qeyri-infeksion xəstəliklər qeydə alınmışdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!