Pomidor meyvələrinin çatlama səbəbi…

Ən çox istifadə etdiyimiz tərəvəzlərdən biri olan pomidor haqqında bir çox məqalə yazmışıq. İstər xəstəliklərindən, istər sortlarından, istərsə də hazırlanan yeməklərdən… Bugün isə Agroexpert.az saytına ünvanlanan -pomidorun çatlaması ilə bağlı sualın cavabını sizlərlə paylaşırıq.

Pomidor meyvələri niyə çatlayır? Səbəb nədir?

Suala cavab vermədən öncə qeyd edək ki, pomidor birillik ot bitkisidir. Tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, Na, Ca, P, J və s. elementlər vardır. İsti sevən bitki olduğundan, əsasən, orta və cənub rayonlarda becərilir. Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Lakin yetişdirilən qara pomidor üçün istisnalar qaydaları pozmur ifadəsini desək yeridir.

Sualın cavabı:
Pomidor meyvələrinin çatlaması bir xəstəlikdir.

Xəstəliyin başlıca səbəbi ətraf mühitin əlverişsiz şəraiti hesab edilir.

  • Çiçəklərin mayalanması zamanı baş verən temperatur dəyişkənliyi, havanın dumanlı, şehli olması,
  • örtülü sahədə isə buxar damlalarının çiçəklərin kasa yarpaqlarını islatması,
  • xəsətliyin erkən meyvə əmələgəlmə vaxtı yaranmasına səbəb olur.
agroexpert.az pomidor çatlaması

Sonradan istixanalarda süni tozlandırıcı preparatların tətbiqi nəticəsində meyvələrin sürətli böyüməsi epidermisi nazik olan sortlarda belə əlamətlər meydana gəlir. Meyvə yetişkənliyi dövründə gündüz və gecə vaxtlarının temperaturunda baş verən kəskin fərqlər, suvarma rejiminə əməl olunmaması ulduzvari çatlamanı yaradan başlıca səbəblərdir. Çatlamış və zədələnmiş epidermisdən daxil olan müxtəlif bakteriya və saprotrof göbələklər çatların dərinləşməsinə və meyvələrin çürüməsinə səbəb olur.

Birtərəfli azot gübrəsinin normadan artıq verilməsi və suvarma suyunun selləmə yolla axıdılması epidermisi nazik olan meyvələrdə çatlamalara səbəb olur. Xəstəlik bir qayda olaraq meyvələrin yetiskənliyi mərhələsində və iri meyvəli sortlarda daha çox müşahidə olunur.

Pomidor meyvələrinin çatlaması xəstəliyinə qarşı mübarizədə
nazik qabıqlı sortlarda daha çox müşahidə olunur. Bu səbəbdən bu xəstəliyə davamlı sortlar seçilməlidir.

  • Bitkilərin cərgəarasının becərilməsi,
  • Çiçəkləməyə qədər şitillərin diblərinin 2 dəfə doldurulması,
  • Suvarma rejiminə düzgün əməl olunması

xəstəliyin aradan qaldırılmasında başlıca tədbirlər hesab edilir. Toprağın makroelementlərlə təminatının normada olması sağlam pomidorun formalaşması üçün başlıca şərtdir. Makroelementlər dedik də, azot, fosfor, kalium nəzərdə tutulur. Ən düzgün mübarizə tədbirlərindən biri isə

  • Əkinqabağı torpağın analiz edilməsi,
  • Çatmayan elementlərin bərpası üzrə gübərlərin torpaqaltına verilməsidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!