Pomidorun saxlanma şəraiti və qaydaları

agroexpert.az - Pomidorun saxlanma şəraitiPomidor əhali tərəfindən geniş miqyasda istifadə olunan tərəvəz məhsullarından biridir. Pomidor  ən çox təzə halda, qısa müddətdə saxlandıqdan sonra və emal olunmuş, konservləşdirilmiş şəkildə istehlakçılar tərəfindən alınır.

Pomidorun saxlanılma şəraiti.

Təzə halda olan pomidoru  bir ay müddətində 0°-də və nisbi rütubəti 90-95% olan buzxanalarda və soyuducu anbarlarda saxlamaq mümkündür. Eyni zamanda pomidorun saxlanması üçün optimal şərait 2-30 °C temperatur hesab edilir.

Digər tərəfdən müəyyən edilmişdir ki, pomidorun  saxlanmaya
davamlılığı onların məxsus olduğu növdən, onların tərkibindəki quru maddələrin miqdarından protopektin və sellülozanın miqdarından asılıdır. Pomidorun  saxlanma müddətlərini onları süni üsullarla yetişdirməklə də nail olmaq olar. Buna nail olmaq üçün meyvələr süd yetişkənliyi mərhələsinə çatdıqda onlar formalaşdığı kolun üstündə deyil, yığıb saxlamaqla yetişdirirlər.

Pomidorun  axşamçağı temperaturun 5° C-ə qədər düşməsini gözləmədən yığılmalı və 20-25 ºC temperaturda yetişdirmək lazımdır.

Optimal nisbi rütubət 80-90% olmalıdır. Qeyd etmək lazımdır ki, işığın təsirindən yetişmə prosesi tez başa çatır. Pomidoru  yetişkənlik mərhələsindən asılı olaraq müxtəlif müddətlərdə saxlamaq mümkündür.  Bəzi hallarda pomidor yetişkənliyini təmin etmək üçün onları 1:1000 nisbətində qatılıqda C2H2 asetilendən istifadə olunur.

Bunun üçün 1 kq kalsium karbiti suda həll etməklə 290 litr asetilen alırlar. Qeyd etmək lazımdır ki, hansı meyvələrin tərkibində quru maddələrin, protopektin və sellülozanın miqdarı yüksəkdirsə onlar daha çox saxlanmaya davamlı olurlar. Mövsümün qızğın dövründə konserv və emal müəssisələrində məhsulun qəbulunda və emalında sıxlıqlar əmələ gəlir ki, nəticədə pomidor xammalının keyfiyyəti pisləşir və itgilərin miqdarı artır. Bütün bu baş verən proseslərin qarşısını almaq üçün emal müəssisələrindəki pomidor xammalının, xammal meydançalarında saxlanma şəraiti və müddətinin normaları mövcuddur. Çardaq örtüklü xammal meydançalarında, tomat pastası və şirəsi üçün nəzərdə tutulan xammalı yalnız 18 saat müddətində, bütöv halda konservləşdirilməsi nəzərdə tutulan təzə pomidor meyvələrini isə 12 saatdan artıq saxlamağa icazə verilmir.

Xammal meydançalarının mövcud sahələrindən səmərəli istifadə etmək üçün keçid yollarının sayını nəzərə almadan, hər 1m² sahədə 600 kq pomidoru saxlamaq mümkündür. Pomidorun  saxlanması və daşınması zamanı 1 və 2№-li taxta, 5№- li polimer yeşiklərdən istifadə olunması mövcud standartlara tam cavab verir. Qısa müddətli saxlama zamanı və şəraitdən asılı olaraq tətbiq olunan texnoloji rejimlər və təbii itgi norması, 0-100°C temperaturda, havanının nisbi rütubəti 85-90%, şəraitində 1-3 həftə müddətində saxlanması zamanı təbii itgilərin normasının miqdarı 3%-ə yaxın olmalıdır. Məhsulun becərmə şəraiti, saxlama rejimindən asılı olaraq təbii itkilərin normaları və keyfiyyətin dəyişməsi baş verə bilər.

 

Qurudulmuş pomidorun faydaları…

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

2 thoughts on “Pomidorun saxlanma şəraiti və qaydaları

  • Temmuz 7, 2018 tarihinde, saat 1:20 am
    Permalink

    mence dogru yanasma deyil. goy yigilmis pamidorun saxlanma muddeti qirmizi yigilmis meyveden cox azdir/ bundan bsqa pomidor bitkinin uzerinde qizaranda daha cox faydali olur/ siz ise eksini teblig edirsiz

    Yanıtla
    • Temmuz 9, 2018 tarihinde, saat 10:48 am
      Permalink

      Mən Ağdaşda görmüşdüm. Pomidoru göy yığırıdlar taralara. Rusiyaya gedənə kimi qızarırdı.Qırmızı pomidoru yolda uzun müddət saxlamaq çətin işdir

      Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673