Pomidorda çürümə növləri və səbəbləri
Hər bir bitkidə olduğu kimi pomidorda da çürümə halları baş verir. Lakin hər bir çürümənin baş vemə səbəbləri var. Bu səbəblər də fərqli çürümə növlərini yaradır. Ardıcıllıqla onlardan bəhs edəcəyik.
Pomidor bitkisində Ağ çürümə
Abşeron və Lənkəran-Astara bölgələrində yayılmışdır. Xəstəliyin ilk əlaməti əsas gövdənin aşağı yarusunda yağlı ləkəlik yaranması ilə müşahidə edilir. Sonradan bu ləkəliklərin dərinləşməsi və toxumanın yumşalması baş verir. Yumşalmış hissələr sarımtıl-qonur rəng alır. Yoluxmuş hissələrdə gövdənin özəyi borulaşır və bitki tez düşür. Sirayətlənmiş hissələrdə ağ örtük formalaşır ki, bu əlamətinə görə xəstəlik Ağ çürümə adlanır. Patogenin konidil forması qeydə alınmır. Apotesilər sklerotsilər üzərində əmələ g əlir və çantalar yaradır. Çantalarda olan çantasporlar xəstəliyin yayılmasında başlıca rol oynayır.

Uzaq məsafələrə damcıhava yolu ilə yayılır. Külək, duman, yağış vasitəsi ilə çantasporların düşdüyü torpaq artıq infeksiya mənbəyinə çevrilir. Sklerotsilər yumurtaşəkilli, kürəvari, ellipsvari formalarda olmaqla, 2-10×3-5 mm ölçüdə olur. Apotesilər açıq-qonur rəngli olur. Qıfşəkilli, diskəoxşar formadadır, ağızcığının diametri bəzən 20 mm-ə çatır. Sklerotsilərdən çıxan hissənin ölçüləri 5-12 mm-dir. Çantalar 115-165 mkm uzunluqda, 8-14 mkm diametrində, çantasporları ellipsvari, yumur
tavari və çəlləkvari formada olub, 6-12×3-5 mkm ölçüsündə olur. Törədicinin inkişafı üçün optimal temperatur həddi 15-20°C, maksimal temperatur həddi 35°C hesab edilir. S.sclerotiorum torpaqda və havada uzun-müddətli rütubət şəraitində inkişaf edir. Açıq və örtülü şəraitdə PB üçün optimal iqlim şəraitinin qorunub saxlanması xəstəliyə qarşı ən səmərəli mübarizədir.
Kökboğazı və gövdənin çürüməsi xəstəliyi
Torpaq mənşəli saprotrof həyat sürən göbələklər qrupunun nümayəndəsidir. Substratda rütubət yüksək olduqda şitillər, eləcə də məhsuldar bitkilərin torpağa yaxın 2-14 sm sahəsində ağ kifə oxşar örtük şəklində təzahür edir.

İlk öncə gövdənin torpaqla təmasda olan sahəsində kiçik (0,1-0,2 mm diametrində) ağımtıl-boz və ağ rəngli yumru, ellipsvari formalı yumurtalar müşahidə edilir. Sonradan bu nahiyədə ağ kiflər formalaşır. Ağ kiflə örtülü sahələrdə nazikləşmə v ə sonradan çürümə müşahidə edilir. Xəstəlik şitillərdə kök və kökboğazında soluxma, çürümə yaradır və bitki düşür. Pomidorun meyvələri xəstəliklə sirayətlənir və çürümə ilə müşahidə edilir. Polietilen örtüklü istixanalarda temperatur və rütubət həddinin yüksək olduğu şəraitdə xəstəlik yüksək məhsul itkisinə səbəb olur.
Meyvələrdə yumşaq çürümə

Xəstəlik yetişməkdə olan meyvələrdə rast gəlinir. Yoluxmuş hissələr bərabər bölünmə nəticəsində böyüyür və meyvələr eybəcərləşir, əmtəəlik keyfiyyəti aşağı düşür. Şişmiş hissələr ağ örtüklə (patogenin mitsel və meyvəbədəni) örtülür. Aşağı hissədən başlayaraq, qara və qonur rəngli nöqtələrlə müşayiət olunan sporangilərin miqdarı bir neçə gün ərzində bütün çürümüş hissəni bürüyür. 5-7 gün müddətində pomidor meyvəsi yumşalır və çürüyür. Çürümüş hissədən spesifik qıcqırma iyi gəlir. Kütləvi yayılma illərində əmtəəlik məhsulun 32-40%-ə çatır. Qismən yoluxma məhsulu daşınma və saxlanma üçün yararsız hala gətirir. Pomidorun yayıldığı sahədə sağlam qalan məhsulu xilas etmək üçün məhsulun yığılması zamanı çeşidləmə aparılmalı və meyvələrin zədələnməsinin qarşısı alınmalıdır. Qabığı bərk olan sortlardan istifadə edilməsi xəstəliyə qarşı mübarizədə səmərəlidir (Şəkil 94).
Meyvələrdə xətvari çürümə
Xəstəlik meyvələrin yetişkənlik mərhələsində yayılır. Meyələr saplaq hissədən çürüməyə başlayır. Saplaq hissədən meyvə üzərində aşağıya doğru şırımlar əmələ gəlir və meyvə yetişdikcə bu dərinləşir. Dərinləşmiş hissələrdə göbələyin ağımtılboz örtüyü müşahidə edilir. Açıq və örtülü sahədə pomidor növbəsiz əkildikdə, aqrotexniki tədbirlər fonuna əməl olunmadıqda xəstəliklə rastlaşma tezliyi artır.
Meyvələrin qara həlqəvi çürüməsi

Açıq sahədə becərilən pomidor əkinlərində torpaqla təmasda olan meyvələrdə daha çox rast gəlinir. Meyvələrin kal vaxtı torpağa dəyən hissədə əvvəlcə bərkimə müşahidə edilir, sonra meyvə yetişkənliyi dövründə bu hissə yumşalaraq tamamilə çürüyür və məhsul sıradan çıxır. Patogen torpaq mənşəli saprotrofdur və çürüntülü torpaqlarda daha çox yayılıb. Xəstəliyin qarşısının alınmasında torpağın temperatur-rütubət balansı qorunmalı, növbəli əkinə riayət olunmalıdır. Məhsuldar bitkilərin torpaqla təmasının qarşısının alınması üçün dibdoldurma əməliyyatı vaxtında aparılmalı, öz kökü üzərində duran sortlara üstünlük verilməlidir (Şəkil 93).
Pomidorun meyvə çürümələri
Açıq və örtülü sahədə aparılan müşahidələr zamanı rast gəlinən meyvələrin çürümələrinin təhlili göstərdi ki, müxtəlif mənşəli göbələklərin yaratdığı çürümələrdən aşağıda qeyd olunan növlər daha çox yayılıb.
Pomidor bitkisində olan xəstəliklər, sortları və əkini ilə bağlı məlumat əldə etmək üçün buraya daxil ola bilərsiniz.