Pomidorun yetişdirilmə şəraiti
Azərbaycan şəraitində pomidor məhsuldar və yüksək gəlir verən bitkidir. Ona görə də respublikada açıq sahədə pomidor əkini ümumi tərəvəz əkini sahəsinin 45% – ə qədərini, məhsul istehsalı isə, ümumi tərəvəz istehsalının
yarıdan çoxunu təşkil edir.
Respublikada pomidor əkini sahəsi ümumi istixana sahəsinin 70–80%-ni təşkil etməklə burada becərilən məhsulun keyfiyyəti başqa ölkələrə nisbətən çox yüksək olması ilə fərqlənir. İstixana şəraitində də pomidor çox gəlirli bitki olub, fermer təsərrüfatlarının iqtisadiyyatında əsas yerlərdən birini tutur.
Pomidor isti iqlim bitkisidir.
Buna görədə istixana yetişdiriciliyində istilik, rütubət, işıqlanma kimi iqlim faktorlarının nizamlanması labüddir. Bu faktorların nizamlanması ekoloji pomidor istehsalında daha vacibdir.
Bütün dövrlərdə bitki inkişafına isitilik birbaşa təsir edir. Toxumların cücərməsi üçün ən optimal temperatur 20-22 C –dir. Ştil istehsalı gecə
və gündüz temperatur fərqinin 6-8 C olması çiçəkləmə və mayalanmanı sürətləndirir. Ştil köçürüldükdən sonra gündüz buludlu havada 20-22 C, günəşli havada 27-30 C olaraq nizamlanmalıdır. Bu nizamlama bitkinin fotosintez prosesini sürətləndirməklə bitki inkişafına təsir edir. Gecə istilik 10 C altına düşməməlidir və 0 C dərəcənin altındakı temperatur inkişafı dayandırır. Ən uyğun mayalanma temperaturu 17-27 C-dir. Maksimum temperatur 30 C-dir və bu temperatur yüksələrsə tozcuqlar steril ahal keçməklə mayalanma getməz. Pomidor istehsalı nda torpaq temperaturu önəmlidir. İstiliyi 13 C dən aşağı düşməməlidir. Ən optimal torpaq temperaturu 20 C-dir.
Pomidor işıqdan xoşlanan bir bitkidir. Normal fotosintez prosesinin güetməsi üçün 10000 lüks işıq lazımdır. Pomidor istehsalında istilik və işıq iki ayrı faktor kimi qiymətləndirlə bilməz. Yüksək istilikdə aşağı işıqlanma çiçək tökülməsinə səbəb olur. Qış aylarında işıqlanmanın azalması məhsul miqdarının azalmasına səbəb olur. Pomidor gün uzunluğuna o gədər də tələbkar bitki deyil. Uzun günlər salxım sayının artmasına, qısa günlər çiçəkləmənin və meyvə tutumunun daha erkən meydana gəlməsinə səbəb olur. Bu səbəblədə qış aylarında istixanlarda lüminiset lampalarla işıqlanmanın təşkili məhsul artımına və erkən məhsul istehsalına təsir edir.
Külək: Pomidor istehsalında hava hərəkətini 1-4 m/s olması lazımdır. Belə hava axını bitkilərin yavaşca silkələnməsinə və bu da öz növbəsində bitkilərin tozlanmasına şərait yaradır.
Pomidor istehsalında rütubət 50-60% olmalıdır.
Nəmin tərləmə (transpirasiya) səbəbilə bitkinin inkişafına təsir edir. Proparsional nəmin istənilən miqdarında tərləmə normal bir şəkildə gerçəkləşir, toxumların cücərmə gücü qorunmuş olur. Aşağı nəmdə dişicik təpəsi quruyur, yüksək nəmdə isə tozcuqlar zərər görür. Proparsional nəmin çox yüksək olması səbəbilə yarpaqlar çox yaxşı inkişaf edir, kök inişafı zəyifləyir, xəstəliklərə qarşı həssas duruma gəlmiş olur. İqlim idarəetməsi olmayan istixanalarda proparsional nəm çox yüksək olur və onu idarəetmək çox çətindir. Proparsional nəmin havalandırma, sulama, sisləmə və kölgələmə kimi önləmlərlə bitkilərin istədiyi səviyyəyə gətirilməsi lazımdır.
Pomidor toxumları: Ətli meyvələrdə daha az toxum olur. Çox meyvə
verən pomidor sortlarında toxum iriliyi azdır. Əsasən toxumlar 1 mm qalınlığında 2-4 mm uzununda bir disk şəklindədir və üzəri tükcüklərlə örtülüdür. Toxumlar uyğun saxlama şəraitində cücərmə qabiliyyətini 5 ilə qədər qoruya bilir.