Portağal qabıqlarından qeyri-adi mürəbbə resepti

C vitamini ilə zəngin olan portağal qış aylarının ən vaz keçilməz meyvələrindən biridir. Özü kimi qabıqları da həm faydalı, həm də yeməlidir. Necə? Portağal qabıqlarından mürəbbə hazırlaya bilərsiniz.

agroexpert_az portagal qabiqlarindan murebbe hazirlamaq

Lazım olanlar:

  • 12 ədəd portağalın qabığı
  • 1 litr təzə sıxılmış portağal suyu
  • 1 kq 250 qr şəkər tozu
  • Yarım çay qaşığı kərə yağı
  • 1 çay qaşığı limon duzu

Portağal qabıqlarından mürəbbənin hazırlanması:

Portağalların qabıqlarını nazik dilimlər şəklində soyun. Həmin qabıqları sıx bir şəkildə rulet formasında iplərə düzün. İpləri iki ucundan bağlayın.

Böyük bir mürəbbə ləyəninə rulet formalı portağal qabıqlarını qoyub üzərinə dörd barmaq çıxacaq qədər soyuq su tökün. Orta temperaturda 15 dəqiqə qaynatdıqdan sonra, ruletləri soyuq su dolu başqa bir qaba yığın. 1 gün içində 4-5 dəfə suyunu dəyişdirin.

agroexpert_az portagal qabiqlarindan murebbe hazirlamaq

Portağal suyunu bir qaba tökərək üzərinə şəkər tozunu əlavə edin. Orta temperaturda səkər tozu əriyənə qədər ara-sıra qarışdıraraq qaynadın. Qaynamağa başlayan şəkərli portağal suyuna kərə yağını və suda saxladığınız portağal qabıqlarını iplərini açmadan qoyun.

Təxminən 40 dəqiqə bişirdikdən sonra limon duzunu əlavə edərək, 3 dəqiqə daha bişirib ocağın altını söndürün.

Mürəbbə ilıqlanandan sonra qabıqlarını qazandan götürüb iplərindən çıxarın. Mürəbbəni suyu ilə bərabər balonlara yığıb qapağını möhkəm bağlayın. Unutmayın sərin yerdə saxlamaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!