Portağal şirəsi nadir xüsusiyyətlərə malikdir

portağal şirəsi haqqında Əgər insan hər gün iki stəkan portağal şirəsi içərsə, onun sümüklərinin sınma riski iki dəfə azala bilər.

Çinin Çjençjou şəhərindəki universitetdə 10 min nəfərin iştirakı ilə aparılan tədqiqatların nəticəsi göstərib ki, portağal şirəsi sümükləri möhkəmləndirərək sınmadan qoruyur. Bütün “sirr” isə pomidor, çiyələk, kivi və brokkol kələminin tərkibində bol olan C vitamini ilə bağlıdır.

Tədqiqatlar çərçivəsində müşahidə olunub ki, C vitaminindən çox istifadə edən insanlar sınma ilə az qarşılaşıblar. Bu kəşf osteoporozdan əziyyət çəkən yaşlı insanlar üçün daha aktualdır. C vitamini cavan sümük hüceyrələrini (osteoblast) stimullaşdırır, nəticədə onlar yaşlı sümük hüceyrələrinə çevrilir.

 Hər gün 50 milliqram C vitamin (orta ölçülü stəkanın dörddəbiri qədər şirə) qəbul edilməsi sümüklərin sınma riskini 5 faiz aşağı salır. Deməli, 1 stəkan portağal şirəsi qəbul edilərsə həmin risk təxminən 20%, 2 stəkan şirə ilə isə 40% azaldır.

Həkimlər qeyd edirlər ki, orqanizm C vitaminini saxlamadığından onun hər gün qida ilə birgə qəbul edilməsi vacibdir.

Bundan başqa, portağal, həmçinin qreypfrut və limon da tərkibindəki limon turşusunun hesabına demensiya riskini təxminən dörddəbirə qədər azaldır. Sübut olunub ki, bu turşunun tərkibində olan flavonoid nobiletin maddəsi yaddaşın itirilməsi prosesini ləngidir və hətta bu prosesi aradan qaldırır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика