Professor Çingiz İsmayılov: “Azərbaycanda suvarma kanalları qazılarkən, Türkiyədə suvarma dronlarla aparılır”

Yay mövsümünün gəlişi ilə suyu onsuz da azalmaqda olan Kür çayının səviyyəsi minimuma enib.

Bəzi yerlərdə çay yatağının akkumulyativ sahələri tamamilə susuzlaşıb ki, bu da çayda torpağın adalar formasında üzə çıxması müşahidə olunub. Neftçala rayonunda isə bu hadisə çay suyunun dəniz suyu ilə qarışmasına gətirib. Bu da öz növbəsində əhali üçün içməli su və əkin sahələrinin suvarılması ilə bağlı problemlərə səbəb olub.

Bu barədə coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov  haqqın.az saytına açıqlamasında danışıb.

O, buna həm təbii faktorların, həm antropogen xüsusiyyətlərin səbəb olduğunu deyib:

” Kür çayını fərqli sular qidalandırır: dağ çayları, yağışlar, yeraltı sular və s. Çayların su tərkibi gələn suyun miqdarı, buxarlanma və çay suyunun istehlakı ilə müəyyən edilir. Təbii axın azalırsa, deməli, bu çayın enerji mənbələrinin (buzlaqların, yeraltı suların və s.) tükənməsi deməkdir. Bu, vaxtaşırı olur və qlobal iqlim və tektonik proseslər, buxarlanmanın artması ilə əlaqədardır “

Bildiyimiz kimi Kür çayının uzunluğu 1500 km-dir ki, bunun da 906 kilometri Azərbaycan ərazisindən keçir. Türkiyədə başlayır, Gürcüstandan axır və Kürün qolları isə əsasən Ermənistanda yerləşir.

“Təəssüf ki, Azərbaycan tərəfinin səylərinə baxmayaraq, Kür suyunun istehlakının transsərhəd monitorinqi ilə bağlı hələ də razılıq əldə edilməyib. Kür boyunca bir neçə su elektrik stansiyası tikilib. Türkiyədə böyük su anbarlarının tikilmədiyi dağlıq ərazilərdə belə su elektrik stansiyaları mövcuddur. Böyük su anbarları adətən dağətəyi rayonlardakı su elektrik stansiyalarında yaradılır. Belə su anbarları Gürcüstan və Ermənistanda mövcuddur. Azərbaycanda Kür sularının bir hissəsi Mingəçevir və Şəmkir su elektrik stansiyalarından keçir“.

Ümumiyyətlə, Azərbaycan su ehtiyacının yalnız 30% -ni daxili su ehtiyatları hesabına ödəyir. Gürcüstanın və Ermənistanın isə Kür çayının suyundan nə qədər istifadə etdiyi məlum deyil.

Proqressiv ölkələr artıq uzun müddətdir ki qabaqcıl suvarma üsullarına keçiblər.

Kür deltasında yaranan problem təbii və texnogen amillərin üst-üstə düşməsinin nəticəsidir. Təbii amillərin isə biri-birini əvəz etməsi ilə ağlı nümunələr var. Çayda suyun azalması da tez-tez daşqınlarla əvəz olunur.

Alim buna misal olaraq ötən il noyabr ayında Salyan, Neftçala bölgələrində Kür çayının səviyyəsinin artması nəticəsində böyük bir ərazini su basmasını xatırladıb.

Bununla birlikdə, ekspertin fikrincə, əkin sahələrinin suvarılması üçün suyun istifadə edilməsi su elektrik stansiyalarına nisbətən çaydakı suyun səviyyəsinə daha çox təsir göstərir. Son illərdə Azərbaycanda pambıq əkin sahələri 7 dəfə artırılıb və bu da becərilmə üçün daha çox miqdarda suya ehtiyac duyulması deməkdir.

“İki il əvvəl pambıq məhsulu 90 min ton isə, bu il bu rəqəm artıq 200 min ton olub”

Bütün bunlar su istismarının artmasına səbəb olur. Buna görə də müvafiq dövlət qurumları kənd təsərrüfatı əməyi üçün su istehlakının hərtərəfli təhlilini aparmalıdırlar. Böyük su kütlələrinin istifadə olunduğu kənd təsərrüfatı parkları və digər su tələb edən sənaye sahələrinin işində suyun istifadəsinə ciddi nəzarət etmək lazımdır.

Professor Çingiz İsmayılov dünya ölkələrinin suvarma sistemindəki yeniliklərdən də danışıb:

“Yeri gəlmişkən, dünyada iqtisadi suvarma sistemləri çox geniş yayılıb. Bizim fermerlərimiz suvarma kanalları qazarkən, Türkiyədə suvarma dronlarla həyata keçirilir. Yəni artıq biz də yeni, iqtisadi cəhətdən sərfəli suvarma texnologiyalarını tətbiq etməliyik”,

Onun fikrincə, bu il Kürün suyunun azalması yağışlar başlayana qədər davam edəcəkdir. Payızda yağıntıların yağması ilə çayın səviyyəsi müəyyən dərəcədə bərpa olunacaq.

Sonda isə o, yenə də hazırkı kritik dayazlıq səbəbi ilə beynəlxalq və daxili monitorinqin vacibliyini vurğulayıb. Çingiz İsmayılov Kürün su ehtiyatlarının qorunması üçün kəskin tədbirlərin görülməsinin vacib olduğunu deyib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669