Qafqaz arısı

Qazfqaz arısı bir sıra xüsusiyyətlərinə görə digər arılardan üstündür. Bu günə qədər aparılan taksonomik araşdırmaların nəticəsi olaraq dünyada 24 arı irqinin olduğu söylənilir. Hər irqə isə yüzlərlə arı növü daxildir. Arılar böyüklüyünə, rənginə, vücudundakı tükcüklərə, qanadlarının görünüşünə və bir sıra morfoloji özəlliklərə görə bir-birindən fərqlənirlər. 

Dünyada yayılan arı növləri çoxdur. Lakin onlar ya müəyyən bir irqə sahibdir, ya da gen dəyişikliyindən əldə olunublar. İtalyan və Qafqaz arısı isə bir sıra özəlliklərinə görə digər irq və növlərdən üstündür.

Qafqaz arısı (apis mellifera caucasica) dedikə:

Qafqaz dağlarının yüksək, orta və alçaq dağlıq, ovalıq relyefində yaşayan, yayılan arı irqidir. Bu ərazilərin iqlim, təbiət xüsusiyyətlərinə uyğunlaşaraq çoxalmışlar. Qafqaz arısı soyuq iqlimə sahib ölkələrdə müvəffəqiyyətlə istifadə edilən ən önəmli arı irqidir. Həmçinin, ABŞ-ın şimal əyalətlərində, Kanadada, Orta və Şimali Avropa ölkələrində, Rusiyanın demək olar ki hər yerində, Çində, Mancurya və Monqolustanda, Orta Asiya respublikalarında geniş istifadə olunur. Bunun digər səbəbi isə Qafqaz arısının bir sıra özəl xüsusiyyətlərə sahib olmasıdır.

Türkiyədə saf Qafqaz arı irqinə demək olar ki rastlanılmır. Çünki İran, Suriya, Muğla, Anadolu arı növləri ilə genetik dəyişikliyə məruz qalmışdır. Qafqaz arısı ətrafdan gələn sarı işçi arı ilə genetik dəyişdirilmişdir. Transformasiya nəticəsində əldə olunan yeni növ arı Türkiyənin iqlim və relyef şəraitinə uyğundur. Qafqaz bölgəsində bu cür arı növlərinə təsadüf olunur. Bu yeni növlər isə asanlıqla Qafqaz arısından seçilir. qafqaz arısı növü

Qafqaz arısının görünüşü:

  • Digər arılardan daha iridir.
  • Vücudu qısa və sıx tükcüklərlə örtülüdür.
  • Tükcüklərdə boz rəng üstünlük təşkil edir.
  • Birinci qarın halqası üzərində qəhvəyi rəngli nöqtələr görünür.
  • Bilinən arı irqləri içində ən uzun dilə sahib olanıdır.
  • Dil uzunluğu 6.6-7.25mm (ortalama 7.09mm).

Qafqaz arısının xüsusiyyətləri:

  • Sakit davranışlı, itaətkar, pətək üzərində sakit olmaları bu irqin tipik xüsusiyyətidir.
  • Nə qədər sakit olsalar da, digər arı və zərərvericilərdən pətəklərini, yuvalarını yaxşı qoruyurlar. Çoxalma sürətləri yüksəkdir. Bala yetişdirməkdə yaxşıdırlar. Qüvvətli ailələr meydana gətirirlər.
  • Əsəbi və sancan arı deyil.
  • Güclü qida toplamaq bacarığına sahibdirlər.
  • Kalonun inkişaf müddətində ana arı bir gündə 1100-1500 yumurta qoya bilər.
  • Qışdan zəif çıxarlar. Lakin yazın əvvəlindən güclü inkişafa başlayarlar.
  • Qafqaz arısı dağ arısı olaraq da tanınır. Buna görə də qışı soyuq, qarlı keçən ərazilərdə uğurla yetişdirilə bilir.
  • Ən qüvvətli olduqları dövr yazın ortasıdır.
  • Şaxtaya dayanıqlıdır.
  • Bal vermələri çox yüksəkdir.
  • Məhsuldarlıq baxımından digərlərindən üstündür.
  • Qafqaz arısının tək qüsuru pətəyə çoxlu propolis gətirib ətrafa bulaşdırmasıdır.

Sürpriz başlıq . İtalyan arısı (Apis mellifera ligustica) .

İqtisadi dəyəri yüksək olan arılardan biri də İtalyan arısıdır.İlıq iqlim qurşağında yetişdirilir.

italyan arı növüİncə qarın və nisbətən uzun dilə sahibdir. Bu irqə sahib arılarda tükcüklər sarı rəngdə olur. Erkək arılarda bu daha qabarıq görünür. İtalyan irq arılar sakitdir. Çoxalma qabiliyyətləri yüksəkdir. Bol nektar toplayaraq çox bal hazırlayırlar. Üsdün pətək hörmə özəlliyinə sahibdir. İtalyan arısı ən yaxşı pətək və pətəkli bal istehsal edən arı kimi tanınır. Lakin istiqamət təyin etmə duyğuları zəifdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика