Qafqaz qonur malı

Qafqaz qonur malı dünya maldarlığında, cinsyaratma prosesində geniş istifadə olunmuş şvis cinsinin təsiri altında yaradılmışdır. Şvis malı çoxlu miqdarda müxtəlif cinslərin əmələ gəlməsinə səbəb olduğundan və bu cinslərin hamısı üçün qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən, şvis əsaslı mal cinsləri qonur mal adı ilə məşhurdur.

Qafqaz qonur malının yaradılmasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarhq İnstitutu həlledici rol oynamışdır. Bu mal respublikanın dağlıq və aran rayonlarında plan üzrə yaxşılaşdırıcı cins kimi qəbul edilmişdir.

Akademik Firuz Məlikovun elmi rəhbərliyi ilə iri buynuzlu heyvanların yeni cinsləri yaradılmışdır. 1959-cu ildə təsdiq edilən həmin heyvan Qafqaz qonur malı adlandırılmışdır.

qafqaz qonur malı haqqında

Yerli Qafqaz malının şvis cinsindən olan buğalarla cütləşdirilməsindən əmələ gəlmişdir.

Cins yaradılarkən Azərbaycan zebusunun qamndan da istifadə olunmuşdur. Konstiutsiyası möhkəm olub, çoxunda zərifliklə uyğunlaşır ki, bu da onun südlük keyfiyyətinin qüvvətli inkişaf etdiyini göstərir. Rəngi qonur, açıq və tünd qonurdur. Şvis malının xüsusi əlamətləri (belində ensiz zolaq, ağzımn ətrafmda ağ haşiyə və s.) Qafqaz qonur malında da mühafizə olunmuşdur. Başı orta uzunluqdadır; buynuzları tünd boz rəngli, ucları qaradır. Cidovu hündür deyildir, dalı və beli düzdür. Əzələsi kifayət qədər inkişaf etmişdir.

Qafqaz qonur malı südlük-ətlik tipli maldır. Lakin tərkibində südlüyə meyl göstərənləri də vardır. Bədəni mütənasibdir, sümüyü və əzələsi yaxşı inkişaf etmişdir. Azərbaycanda Qafqaz qonur malınm orta süd məhsuldarlığı 2100-2600 kq-dır. Malın daxili imkanları yemləmə, saxlama və baxım şəraitinin qeyri-qənaətbəxş olması üzündən lazımi qədər aşkara çıxarıla bilmir. Bunu, geniş sağıma hazırlaşdırılmış inək qruplarından 3600-4000 kq süd alınması aydın göstərir. Südün yağlılığı 3,8-3,9%-dir. Üç dəfə və daha çox doğmuş inəklərin diri çəkisi 400-470 kq, yaşlı buğaların diri çəkisi isə 700-800 kq-dır. Ayrı-ayrı fərd buğalar 900 kq diri çəki verir.

İribuynuzlular haqqında digər məlumatlar üçün bu bölməyə baxa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика