məhsulların faydaları

Qanazlığının dərmanı üzüm doşabı

Doşablar insan sağlamlığı baxımından əhəmiyyətli olduğu qədər, süfrələrin də əvəzolunmazlarıdır. Azərbaycanda doşab ən çox tut və üzümdən hazırlanır. Bəzi xəstəliklərə faydalı olması ilə yanaşı,  milli mətbəximizdə də istifadə olunur. Xəşil, quymaq, şirin kələm dolması, halva, piroq və s. yemək və şirniyatlarda işlədilir.

doşab
Doşabın növləri və faydaları..

Doşab müxtəlif meyvələrdən qaynadılaraq hazırlanan şəkərli, qatı mayedir. Onun digər adı isə bəkməzdir. Xurma, üzüm, tut, armud doşabı, keçibuynuzu kimi növləri olan bu qiymətli məhsuldan bir çox valideynlər uşaqlarda iştahanı artırmaq üçün istifadə edirlər. 

Lakin doşab təkcə iştahanı artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Onun faydaları inanılmaz dərəcədə çoxdur. Məsələn, çox yaxşı antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir.

Doşab bəzi rayonlarda yetişdirilən bal armudundan hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır. 

Tut doşabı da eynilə üzüm doşabı kimi, xalq arasında ən çox tanınandır. O da digər doşablar kimi sağlamlıq mənbəyidir. Qan azlığının qarşısını alan faydalı maddədir. Mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir. Astma və bronxit xəstəliklərində də faydalıdır.

Xurma doşabı -ürək və damar xəstəlikləri riskini azaldır, beynin və bədənin inkişafına köməkçi olur. Quru öskürəyi kəsir. Boğaz ağrısını aradan qaldırır. Bronxit və soyuqdəyməyə qarşı olduqca təsirlidir. Həddindən artıq çəki azlığından şikayətlənənlər xurma doşabı ilə çəkilərini artıra bilər.

Keçibuynuzu doşabının isə faydalarını saymaqla bitmir..

Ağciyər xərçənginə faydalı olan bu doşab haqqında bu məqalədə..

Doşab böyümə dövründə olan uşaqlar, fəhlələr, idmançılar, hamilə və süd verən analar üçün misilsiz bir qida məhsuludur.

Üzüm doşabının təxminən 200 qramı orqanizmə verdiyi kalori baxımından 1150 qr südə, 350 qr qırmızı ətə və 300 qr ağ çörəyə bərabər səviyyədədir.

Üzüm doşabının faydaları..

Dəmir qaynağı

Doşab yaxşı bir dəmir mənbəyidir və qan itkisindən dolayı dəmir çatışmazlığı riski yüksək olan üçün çox təsirlidir. Yağsız və çox az kaloridən ibarət, qırmızı ət kimi digər yağlı mənbələrlə müqayisədə bədənə dəmir əlavə etmək üçün daha yaxşı bir alternativdir.

Maqnezium mənbəyi

Üzüm doşabı maqnezium qaynağıdır. Maqnezium sinir sisteminin fəaliyyətində, qan laxtalanmasının qarşısının alınmasında və zülallardan, karbohidratlardan enerji istehsalında mühüm rol oynayır. Manqan çatışmazlığı, sonsuzluğa, ümumi yorğunluğa və sümük zəifləməsinə yol aça bilər. Buna görə cinsi gücü artırmaqda doşabın rolu əhəmiyyətlidir.

Yaxşı kalium mənbəyidir

Doşabın tərkibinə hüceyrələrin düzgün işləməsi üçün lazım olan əsas mineral kalium daxildir. Bədənin turşu-əsas tarazlığının qorunmasına köməkçi olur və istilik itkisinin qarşısını alır. Kalium həmçinin sinir və əzələ yığılmasında mühüm rol oynayır və ürək sağlamlığının qorunmasına köməkçi olur. Doşab kimi kalium baxımından zəngin ərzaqların alınması hipokalemi kimi xəstəliklərin qarşısının alınmasına kömək edir və qan təzyiqini də azaldır.

Baş ağrısı və yorğunluğun qarşısını alır

Üzüm doşabı B6 vitamini və pantotenik turşu kimi yaxşı bir mineral və vitamin mənbəyidir. Bu vitaminlərin çatışmazlığı baş ağrılarına, astmaya, yorğunluğa və stressə səbəb ola bilər. Gündə bir qaşıq üzüm doşabı istifadəsi, bu lazımlı vitamin və mineralları təmin etməyə köməkçi olur və ümumi sağlamlığı qoruyur.

Qeyd: Doşabın qapağı açıldıqdan sonra mütləq soyuducuda saxlanmalıdır, əks halda xüsusiyyətini itirə bilər. Həddindən artıq istifadə etdikdə həzm sistemi xəstəlikləri, şişkinlik, ishal və sinə ağrısına yol aça bilər. Gündəlik nə qədər istifadə etməyiniz lazım olduğunu həkiminiz və diyetoloqunuzla məsləhətləşərək öyrənə bilərsiniz.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: