Qara alma – Black Diamond

Bizim bildiyimiz almalar əsasən yaşıl, qırmızı və sarı rənglərdə və ya onların qarışığı rənglərdə olurlar. Hər rəngin özünəməxsus dadı olur. Turş, şirin, kəmşirin dadlı almalar var.

Birdə demək olar ki, nadir halda raslaşa biləcəyimiz qara alma növü var.

Qara alma –  yalnız Tibetdə yetişən alma növüdür. Yetişdiyi əraziyə görə gün ərzində daha çox ultrabənövşəyi şuaların altında qalır və buna görə tünd bənövşəyi ilə qara rəng arasında bir rəng yaranır. Dadı isə biz yediyimiz almalardan fərqli deyil.

agroexpert.az qara alma

İlk baxışda şəkilləri Photoshop-la hazırlandığı təəssüratını yaratsa da, bu almalar təbiidir. Dünyada Black Diamond adı ilə məşhurdur.

Qara alma əsasən Tibet dağlarında yetişir. Tibet ərazisindəki Nyingchi-nin coğrafi iqlimində özünəməxsus tünd bənövşəyi rəng alan “Hua Niu Apple”-ın bir növü yetişdirilir.

Gündüz və gecə arasındakı temperatur dəyişməsi əhəmiyyətli olduğundan, meyvələr çox sayda günəş işığı və ultrabənövşəyi şüalar qəbul edir, bu da qabığının tünd qırmızıdan tünd bənövşəyi rəngə dəyişməsinə səbəb olur.

2015-ci ildə Nyingchi Bağında “Back Diamond” növünün istehsalına başlanılıb.

İndi Pekin, Şanxay, Guangzhou və Shenzhendə altı növ yüksək keyfiyyətli Qara Alma yetişdirilir. Çin şirkəti “Dandong Tianluo Sheng Nong” ltd.dəniz səviyyəsindən 3100 metr yüksəklikdə yerləşən 50 ha sahəni əhatə edən bağda bu maraqlı meyvəni yetişdirmək üçün ideal bir şərait yaradıb.

Tencent News-un məlumatına görə, qara almalarının qiyməti bir meyvə üçün milli pulumuzla təqribən 12-15 manat arası dəyişir.

agroexpert.az qara alma ağacı

Black Diamond alma ağacları aşağı temperatur səbəbiylə böyümə sürəti orta səviyyədən daha aşağıdır. Bu növ almaların ən tez yetişəni 2- 5 il arasında məhsul verir. Ümumiyyətlə isə bu ağacların məhsul verməsinə ən az 8 il lazımdır.

Bundan əlavə, meyvə bağından yığılan məhsulunun yalnız 30%-ı qara almalar kimi satılacaq rəng standartlarına cavab verir. Hətta təcrübəli alma yetişdiriciləri arasında belə qara alma növü sirrli və maraqlıdır, çünki bu alma növü barədə çox məlumat yoxdur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669