Qara qarğıdalı

Qara qarğıdalı

Tarixi və yerləşdiyi ərazi:

Qara qarğıdalının dəqiq mənşəyi hələ aydın deyil, buna baxmayaraq 2000 il əvvəl Cənubi Amerka ərazisində Azteklər tərəfindən yetişdirilən qədim bir növ olduğu bilinir. Qara qarğıdalı 1860-cı illərdə Şimali Amerika toxum kateqoriyasına əlavə edilib və bu gün Cənubi Amerika xaricində qeyri-adi bir növ kimi sayılır. Qara qarğıdalı, cücərmə və böyüməsi üçün isti temperatur tələb edir. Orta və yüksək miqdarda yağışlarla mülayim iqlimlərdə böyüyür.

İstifadə qaydaları: 

Qara qarğıdalını yaxşı qızartmaq, qovurmaq, qaynatmaq və buxarda bişirmək olur. Yağ, duz və istiot istifadəsi onun sadə bişirilmiş halına ləzzət qatır. O sarı qarğıdalı yerində istifadə edilə bilən çox yönlü tərəvəzdir. Qara qarğıdalıdan da qarğıdalı unu halına gətirilə bilər və ondan  qarğıdalı çörəyi və Hindistan roti çörəkləri üçün istifadə edilə bilər. Qabıqları təmizləndikdən sonra soyuducuda saxlanmalıdır. O, yayda yeyilən bir bitkidir. 

Qara qarğıdalının faydaları: 

Qara qarğıdalı, antioksidant faydaları olduğu bilinən bitki piqmenti olan anti-inflammatory və antosiyaninlərdən ibarətdir. Qara qarğıdalı dəmir, tiamin, riboflavin, niasin, maqnezium, folat, fosfor və A vitamini kimi mühüm qida maddələrindən ibarətdir.

Etnik məlumat:

Qara qarğıdalı qaynadılır və Peruda məşhur olan “chicha morada “adlı bir yay içkisinin hazırlanması üçün istifadə olunur. Bundan əlavə, “masato” adlı bir turş spirtli içki hazırlamaq üçün  də istifadə olunur. Qara qarğıdalının xüsusiyyətləri Cənubi Amerika folklorunda qırmızı və mavi növləri haqqında infarmasiya verərkən siyahıya alınır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Qara qarğıdalı

  • November 29, 2017 at 5:24 am
    Permalink

    Mən elə bilirdim qarğıdalı ançaq sarı olur. İlk dəfə burda qara qarğıdalı gördüm. Əladır ki. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!