Qara qızılgül başqa rəngli güllərlə eynidirmi?
Qızılgül gülçiçəklilər fasiləsinin itburnu cinsinə aid dekorativ çiçəkdir. Yetişdiyi iqlimdən və mühitdən asılı olaraq qızılgül 30-50 il ömür sürür. Bu dövrdə btkinin budaqları həm budandığı, həm quruduğu üçün tez-tez dəyişir. Bitkinin kökü 5 m dərinliyə qədər uzanır. Qızılgülün bir neçə rəngi var. Mavi qızılgül, ağ qızılgül, qara qızılgül və s.

Qara qızılgül başqa rəngli güllərlə eynidirmi?
Ən çox açan və sevilən gül isə sevginin rəmzi olan qırmızı qızılgüldür. Çox gözəl qoxuları olan güllər arasında ən çox təəccüblü olan və diqqət çəkəni isə qara qızılgüldür.
Bu yazımızda sizə qaraqızılgül haqqında məlumat verəcəyik.
Fransa kökənli olduğu deyilsə də qara qızılgüllər indi dünyada yalnız Türkiyənin Halfeti rayonunda yetişən qızılgül növüdür. Bölgənin sahib olduğu subtropik iqlimə görə sadəcə burada bitir. Gözəlliyi və görüntüsü ilə insanları valeh edən qara qızılgül çox böyük marağa səbəb olub.
Qara qızılgül ümumiyyətlə qönçə olarkən qara rəngdə olur, açıldıqca rəngi tünd qırmızıya çevrilir. Ancaq bu bölgədə olan qara qızılgül həm qönçə, həm açılmış vəziyyətdə də rəngini qara saxlayır. Halfeti ərazisində olan gül kolunu başqa ərazilərdə əkərkən rəngi dəyişir. Toxumu ilə başqa yerlərdə yetişdirdikdə isə qırmızı gül olur.
Qaraqızılgül başqa qızılgüllərlə müqayisədə daha bəstəboy olur.
Ləçəkləri çox və qoxulu olan bu gül əsasən yaz və payız aylarında çıçək açır. Hündürlüyü 1-1,5 metr olan bir gül kol 6-7 sm diametrlidir. Lakin bir çox çiçək növləri kimi dünyada bunun da satışını Hollandiya edir. Hətta Türkiyənin başqa şəhərlərinin qara qızılgül tələbatını Hollandiya qarşılayır və ordan gələn güllər satılır.

Son illər Türkiyədə universitetlər ilə ortaq işlənilir və bu sahə üzrə layihələr hazırlanır. Havalandırma, işıqlandırma, sulama, gübrələmə kimi bir çox problemləri düzəldərək, fərqli növlər ilə calaq edərək daha tüksək keyfiyyətli qara qızılgüllər istehsal edilməsi planlanır.
İstehsal olunacaq qara qızılgüllər həmişəkindən daha keyfiyyətli, daha uzun saplaqlı və daha böyük qönçəli olacaq. Xaricdən gətirilən qara qızılgülün qiyməti həm həmin gülün vətəni olan Türkiyədə, həm ölkəmizdə çox yüksəkdir. Əgər bir buket hazırlatmaq istəyirsinizsə bu sizə heç də ucuz başa gəlməyəcək.
Qara qızılgüllər haqda bilməli olduğunuz başqa bir məsələ onun uzun ömürlü olmasıdır. Kolun üzərində açan o gülü bəlkə də bir neçə gün seyr edə bilərsiz, lakin xaricdən gətirilən gülün ömrü düşünməyəcəyiniz qədər çox ola bilər.
Qara qızıl güllər ən az 3 il canlı qala bilir. Buna görə də solmayan qızılgül olaraq bilinir. Hətta yaxşı baxılarsa 5 ilə qədər canlılığını qoruyar. Əslində qiyməti ömrünə və çox qalmağına görə karlıdır.
Qeyd edək ki, kolunda qara olan gül kolu qoparılanda da rəngini dəyişir və tünd qırmızı rəng alır.