Qarabağ bölgəsində toxum emalı müəssisəsi inşa edilir

Ağcabədidə Dövlət Toxum Fondunun emal müəssisəsi inşa edilir. Emal müəssisəsinin yaradılma məqsədi isə Qarabağ bölgəsində toxumçuların istehsal etdikləri toxum materialının keyfiyyətli və vaxtında emal edilməsi, əkinə hazırlanmasıdır.

Dənli bitkilərin emalı zavodu üçün 1,1 hektar ərazi ayrılıb.

Zavod Ağcəbədinin Hüsülü kəndi ərazisində inşa ediləcək.

  • Burada taxıl təmizləmə bloku,
  • ikimərtəbəli inzibati bina,
  • nəzarət-buraxılış məntəqəsi,
  • tərəzi otağı,
  • anbar,
  • içməli və yanğın əleyhinə su anbarları və sair yaradılır.

Zavodun emal bölməsində 5 ədəd toxumtəmizləyici dəzgah quraşdırılacaq. Sonuncu dəzgahdan təmiz halda çıxan toxum dərmanlanaraq kisələrə doldurulacaq.

Saatda 5 ton toxum emal etmək gücünə malik müəssisənin inşasının növbəti taxıl səpininə qədər başa çatdırılması nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması Qarabağ bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!