Qarabağ mətbəxinin dadlı təamı “Şeşrəngi” (Altı rəng)

Qarabağımızın gözəl guşələrindən biri olan Laçın zəngin mətbəxi ilə digərlərindən seçilir. Adı və dadı fərqli olan “Şeşrəngi” Qarabağda böyük mərasimlərin arzuolunan yeməklərindən biri olub. Agroexpert.az Laçın mətbəxinin dadlı təami “Şeşrəngi” yeməyinin reseptini təqdim edir.

 "Şeşrəngi" (Altı rəng)
“Şeşrəngi” yeməyinin Tərkibi:
  • 2 kq qoyun və ya dana əti
  • 1 kq soğan
  • 1 kq kişmiş (üzüm qurusu)
  • 250 qr zoğal axtası (zoğal qurusu)
  • 100 qr şirin alça turşusu
  • 200 qr ərik qurusu (qaysı)
  • 250 qr xurma
  • 100 qr şəkər tozu
  • 100 qr alma qaxı (qurusu)
  • 350 qr kərə yağı
  • 6 ədəd yumurta
Hazırlanma qaydası:

İlk öncə üzüm qurusu, zoğal qurusu, ərik qurusu, alça turşusu, alma qurusu təmiz yuyun. Nəm halda üzərinə şəkər tozu əlavə edib bir kənara qoyun. Yumurtaları suda qaynadın.

Əti tikələrə bölün və suda bişirin. Qaynadılıb bişən ətləri bir qaba götürün. Ətin suyunu isə süzüb başqa bir qabda saxlayın. Soğanları yarımhalqa şəklində doğrayın və kərə yağında qızılı rəng alanadək qovurun. Qovrulana yaxın soğanlara bişmiş əti əlavə edib qarışdırın. Əvvəlcədən şəkər tozunda saxlanılan ərzaqları və xurmanı əlavə edin. Süzülmüş ət suyunu da töküb yağa düşənədək bişirin. Bişən yeməyi geniş bir qaba çəkin. Üzərinə bişmiş yarımhalqa doğranmış yumurtaları masada olacaq adamların sayına görə düzün.

Yeməyin yanında ayrıca düyü də süzüb verə bilərsiniz.

Nuş olsun!

Mənbə: T.Əmiraslanov və A.Əmiraslanovanın “QARABAĞ MƏTBƏXİ” kitabı

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673