Qarabağ qoyunu

Qarabağ qoyunu – Azərbaycanda şöhrət tapan, qədim və ən geniş yayılan qoyun cinslərindən biri.

Qarabağ qoyun cinsi Dağlıq Qarabağ, Kəlbəcər, Gürcüstan, Ağdam, Cəbrayıl, Mil düzü və Muğan düzündə daha geniş inkişaf tapmışdır. qarabağ qoyunu haqqında

Belə bir fikir var ki, Qarabağ qoyunu yerli qoyun cinsilə Ön Asiya quyruqlu qoyun cinsinin cütləşməsindən əmələ gəlmişdir. Bu cins yaraşıqlı görkəmi, yağlı quyruqluluğu, şirin əti və nisbətən zərif yunu ilə səciyyələnir. Bu cins doğuma da çox həssasdır. Əgər faraş və düzgün döl edilərsə, Qarabağ qoyunu ildə iki dəfə bala verə bilər.

Qarabağ qoyunu dözümlülüyü, yorulmadan uzaq yol getməsi, qış şəraitinə və alafın azlığına qane olması ilə də fərqlənir.

Qarabağ cinsi bozax, şirvan və başqa yerli qoyun cinslərinin təşəkkül tapmasında ana cins rolunu oynamışdır. Azərbaycanın qoyun cinsləri arasında Qarabağ qoyun cinsi diri çəkisinin çoxluğu ilə də diqqəti cəlb edir. Bu cinsdən olan qoyunların çəkisi 45-50 kq, erkəklərinki isə 60-65 kq-dan çox olur. Lakin bu cins qoyunların yunu nisbətən az olur. İldə 32 kq süd verən hər bir ana qoyundan orta hesabla 2,4 kq, erkəklərdən isə 3,5-3,7 kq yun qırxmaq olur. Şübhəsiz, Qarabağ qoyunlarının belə az yun verməsinə onların qarınaltı yununun gödək, bəzən də açıq olması və boynunun təxminən yarısına qədərinin yunsuz olmasının da təsiri vardır.

Digər qoyun növləri haqqında ətraflı məlumat əldə etmək üçün bu bölməyə baxa bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669