Bitkilər Əkinçilik

Qarabaşaq bitkisinin əkin prosesi

Qarabaşaq ən vacib yarma bitkisidir. Onun tərkibində 8.9% zülal, 1.6% yağ, 71% nişasta və 0.3% şəkər var. Bundan başqa onun tərkibində insan orqanizmi üçün xeyli birləşmələr vardır. Fosfor, dəmir, kalsium, mis və s. Qarabaşağın tərkibində olan B1, B2 vitaminləri buğdadan 1.5 dəfə çoxdur. Elə ona görə mədə xəstəliyi üçün ən yaxşı detik qida hesab olunur. Qarabaşağın samanı mal-qara üçün yaxşı yem bazasıdır. 100kq samanın tərkibində 2300q həzm olunan protein və 30 yem vahidi var. Qarabaşaq ən yaxşı bal bitkisidir. Yaxşı əlverişli şəraitdə 1 hektardan 60-100kq bal verir. 

qarabaşaq bitkisinin əkin prosesi

Aqrotexnikasının da xeyli üstünlüyü var.  Bir çox bitkilərə yaxşı sələfdir. Tez böyüyür. Torpağa tez kölgə salır. Alaq otunu arxada qoyur. 

Qarabaşaq bitkisi qısa vegetasiya müddətinə malikdir.

Bax elə bu xüsusiyyətinə görə o həmişə sığorta bitkisi kimi məhv olmuş payızlıq və yazlıq bitkilərinin yerinə səpilir. Məhsuldarlığı hər hektarda orta hesabla 30-40 sentner təşkil edir. Bu bitki bir illik bitkidir. Hündürlüyü 50-150sm olur. Əsas gövdədən 10-12 budaq şaxələnir. Kökü 25-30 və 70-90 sm dərinliyə gedir. 1000 ədəd dənin çəkisi 18-32 qramdır. Meyvələri üçkünc qozcuqlardan ibarətdir. Səpindən sonra çıxışdan 8-10 gün sonra qozalar əmələ gətirir. 25-30 gündən sonra çiçəkləyir. Bir bitki 1000 ədəd daha çox çiçək açır. Çiçəklənməsi uzun çəkir 25-30 gün. Mayalanması həşəratlar vasitəsiylə çarpaz yerinə yetirilir. İstiliksevən bitkidir. Toxumları 5 dərəcədə bitə bilir. Ancaq

  • 7-8 dərəcədə 18-20 günə,
  • 12 dərəcədə 10 günə, 
  • 15 dərəcədə 7-8 günə cücərir.
  • 1.5-2 dərəcə şaxtada isə məhv olur.

Torpaq reaksiyasına az hissiyatlıdır (pH 4.7-7.5).

Qarabaşaq əkini zamanı torpağın səpinqabağı becərilməsi eyniylə dənli taxıl birkilərində olduğu kimidir. Səpin müddəti 25 maydan 5 iyunadək. Torpağın temperaturu 10sm dərinlikdə +12 dərəcə olanda optimal səpin müddəti hesab olunur.

qarabaşaq əkini - qreçqa haqqında

Qarabaşaq əkini. Səpin norması.

Hər hektara cərgəli səpində 40-50 kq və yaxud 2.0-2.5mln ədəd toxum səpilir. Ancaq birbaşa səpində hər hektara 80-100kq və yaxud 3-4 mln.ədəd dən bir hektara səpilir. Toxumun dərinliyi 3-4 sm olmalıdır.  Qarabaşaq bitkisini əkərkən altına hər hektara 40-60kq kalium, 60 kq fosfor və 40 azot kübrəsi verilir. Vegetasiyanın ikinci yarısında əlavə hər hektara 100kq azot gübrəsi verilməlidir. Qarabaşaq bitkisi torpaq suyundan sonra 1 və ya 2 dəfə suvarılır.

Məhsul yığımı

Qarabaşaq bitkisinin məhsulunun yetişməsi, çiçəklənməsi kimi uzun çəkir. 30 gün davam edir. Məhsul itkisinə yol verməmək üçün onun tam yetişməsini gözləmək olmaz. Bitkinin üçdə iki hissəsi qızaranda məhz biçinə başlamaq lazımdır. Biçin vaxtı dən itkisinə yol verməmək üçün kombaynın barabanının dövrlər sayını azaltmaq lazımdır. 500-600 dəq Deki tam boşlamaq lazımdır. Dən xırmanda tam qurudulur və 14% nəmliyə yendirilir. Sonra anbara yığılır.

Qarabaşağın yaxşı sortları: Boqatir, Yubiley, Slavyanka, Kalininskaya, Şatilovskaya, Bolşerik.

Müəllif: Alim aqronom Şirinov Məhəmməd

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!