Qaraciyər yağlanmasından qorunmaq üçün bunları edin!

Bədənimizin ən həssas orqanlarından biri olan qaraciyər, həyat tərzi və qidalanma vərdişinə birbaşa təsir göstərir. Qaraciyərdə başda yağlanma olmaq üzrə çatışmazlıq və iflas kimi xəstəliklər də görünə bilər. Bu növ problemlərlə qarşılaşmamaq üçün bir an əvvəl qarşısını almaq lazımdır. Agroexpert.az qaraciyər yağlanmasından qorunmaq üçün tövsiyyələri təqdim edir.

qaraciyer
Rafinə olunmuş şəkərdən və hazır qidalardan uzaq durun

Qaraciyər çox tez yorulan və həssas bir quruluşa sahib olan orqandır. Qaraciyərin tarazlığını pozan qidaların başında hazır qidalarda olan şəkər yer alır. Vafli, krem, biskvit, xəmir şirniyyatları, qarğıdalı siropu, qlükoza kimi şəkər maddələri və şəkərli məhsullar qaraciyərin tarazlığını alt üst edir. Dadlandırıcı ehtiva edən və diabetə yol açan bu qidalardan uzaq durmaq və bunun əvəzinə taxıl, yulaf kimi buğdakimilər, yaşıl yarpaqlı tərəvəzlər və təzə meyvələr yeyilməlidir. Sadə karbohidratlar, qara ciyərə birbaşa təsir göstərir.

Hər gün nizamlı gəzin

Hərəkətsizlik, qaraciyərin ən böyük düşmənlərindən biri. Hər gün nizamlı bir şəkildə ən az 45 dəqiqə olacaq şəkildə yerimək, qaraciyərin insulin müqavimətini yüksəldən və ən başlıca qaraciyərin yağlanmasını qarşısını alır. Nizamlı yeriməklə yanaşı, aerobika, kardio məşqləri, yoqa kimi idman növləri etmək qaraciyərin sağlamlığını qoruyur. Həmçinin ürək və damar xəstəlikləri riskini də azaldır.

Qaraciyərinizə nəzarət edin

Hipertoniya və şəkər kimi ciddi xəstəliklərin xəbərçilərindən biri də qaraciyər yağlanmasıdır. Beləliklə, böyrək və təzyiqə səbəb olan damar yollarınıza nəzarət olunmalıdır. Qaraciyər yağlanması qorunmaq üçün mütəmadi check-up(ümumi müayinə paketi) etdirməyə laqeydlik etməyin.

Ani pəhrizlər etməyin

Həddindən artıq çəkidən şikayətçisinizdə bundan xilas olmağın yolu ani pəhrizlər deyil. Metabolizm tarazlığını pozan və uzun müddətli aclıq pəhrizləri, artıq çəkisi olan və köklük probleminə malik olan şəxslər üçün son dərəcə zərərlidir. Bu növ pəhrizlər qaraciyərin yağlanmasına səbəb olmaqla yanaşı, qaraciyərin iflas etməsinə də yol açır.

Spirt və siqaretdən uzaq durun

Qaraciyər yağlanmasına səbəb olan halların ən başlıcası spirt və siqaretdir. Spirt, uzun müddətli istifadələrdə qaraciyərdə qaraciyərin sirrozu səbəb ola bilər. Siqaret da damar yollarına zərər verdiyi üçün qaraciyər çatışmazlığına yol açır.

meyve
Meyvə və tərəvəz yeyin

Mövsümündə yeyilən tərəvəz və meyvələr, qaraciyərin nizamlı işini təmin edir. Lif nisbəti yüksək kahı, gül kələmi kimi tərəvəzlər, alma, üzüm, qarpız kimi meyvələr qaraciyərin dostudur.

Qaraciyəri bərpa edən içki reseptini bu məqaləmizdən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669