Qaraciyərin sağlamlığı üçün faydalı olan 3 məhsul

agroexpert.az qaraciyer saglamlığı üçün

Qaraciyər insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə olur. 1500 qram ağırlığındadır. O çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.

Əvvəlki məqalələrimizdə qaraciyərin bərpası, yağlanmadan qorunması üçün nələr etməyin vacib olduğunu qeyd etmişdik. Bu gün isə önəmli orqanımız olan qaraciyərin sağlamlığı üçün olduqca faydalı olan 3 məhsulu sizlərə təqdim edirik.

limonun faydaları. limon suyu faydası

1. Limonlu su

Günü 1 stəkan limonlu su ilə başlayın. Limonlu su orqanizmi və o cümlədən qaraciyəri çox yaxşı təmizləyir, qaraciyərin piylənməsinin qarşısını alır.

2. Sarımsaqlı qatıq

Gün ərzində 1 kasa sarımsaqlı qatıq yeyin. Saglamolun.az bildirir ki, sarımsaq qaraciyər üçün ən faydalı məhsullardan biridir. Sarımsağın tərkibində olan “metionin” adlı maddə qaraciyərin hüceyrələrini mənfi təsirlərdən qoruyur.

Sarımsaq qaraciyəri təmizləyir, ödün ifrazını artırır, xolesterini aşağı salır. Süd məhsulları təbii detoksdur. Onlar orqanizmi ziyanlı maddələrdən təmizləyir, həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, qaraciyərə düşən gərginliyi azaldır.

3. Bişmiş çuğundur

Qaraciyəri sağlam saxlamaq üçün bişmiş çuğundur hər gün masanızda olmalıdır. Çuğundur qaraciyər üçün çox faydalıdır – qaraciyəri təmizləyir, orqanın fəaliyyətini yaxşılaşdırır. Həmçinin çuğundur öd kisəsinin və bağırsaqların da işini sürətləndirir, orqanizmdə pis xolersterinin səviyyəsini aşağı salır ki, bunlar da qaraciyərin sağlamlığı üçün çox vacibdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!