İribuynuzlu xəstəlikləri

Qaramalın Leykozu

aqroexpert88Qaramalın leykozu şiş təbiətli xroniki yoluxucu xəstəlikdir. Simptomsuz keçir və ya limfositozla, qanyaradıcı orqanlarda, digər orqan və toxumalarda bəd xassəli törəmələrlə səciyyələnir.
Törədicisi. Qaramalın leykoz virusudur.
Epizootologiyası. 4 yaşmdan yuxarı yüksək məhsuldar cinslərdən olan heyvanlar leykoz virusuna tez-tez yoluxurlar. Xəstəlik xəstə və sağlam heyvanlar bir yerdə saxlandıqda, immunoloji müqaviməti aşağı olan fərdlərdə raşt gəlinir.
Yoluxma baytarlıq və zootexniki tədbirlər yerinə yetirilərkən (axtalanma, doğuş, qan götürülməsi, vaksinasiya və s.) aseptiki və antiseptiki qaydalara əməl olunmaması nəticəsində baş verə bilər. Virusun ötürülməsində qan soran həşaratlarm da rolu vardır.
Klinik əlamətləri. Səthi limfa. düyünləri sürətlə şişir, ürək fəaliyyəti zəifləyir, dalaq, qaraciyər böyüyür, qalxanvari vəzin şişməsi qeyd olunur.
Rektal müayinə zamanı inəklərdə çanaq boşluğu orqanlarının böyüməsi, balalıq divarmm qalınlaşması müəyyən olunur. Bu müayinələr zamanı leykozu endometritlərdən, mədə önlüklərinin atoniyasından, vərəmdən, aktinomikozdan və s. fərqləndirmək lazımdır.
Diaqnozu. Qanın analizinin nəticələri nəzərə alınır. Xəstə heyvanın periferik qanında leykositlərin miqdarı çoxalır (limfoid sırası və zəif differensiasiya olunan hüceyrələr-limfobslastlar və s.). İmmun diffuz rekasiyasına müsbət nəticə verən heyvanlar ildə bir dəfə hemotoloji müayinələrdən keçirilir.
Xəstəliyə şübhəli heyvanlarda hər 2-3 aydan bir əlavə hematoloji müayinələr aparılır (iki ardıcıl keyfıyyətcə eyni nəticə alınana kimi) vəbu müayinələrin nəticələrinə əsasən heyvan ya sağlam, ya da xəstə hesab edilir.
Təcrübədə heyvanların qanını seroloji reaksiyalardan olan unmundiffuz reaksiyasında yoxlamaq üçün diaqnostika dəstindən istifadə olunur.
Patoloji-anatomik dəyişikliklər. Cəsəd yarılması zamanı və ya ət kombinatlarında cəmdəiyn baxışı keçirilərkən orqanların ölçülərinə, şişlərin olub-olmamasına, limfa düyünlərinin vəziyyətinə diqqət yetirilir. Yadda saxlamaq lazımdır ki, limfoleykoz zamanı limfa düyünləri eyni qaydada böyüyürlər, ətraf toxumalarla bitişmirlər, kapsulları asanlıqla soyulur, kəsiş səthi ağ-boz rənglidir. Limfa düyünlərinin şişməsinə səbəb olan digər xəstəliklər, məsələn, limfoqranulomatoz və limfosarkoma zamanı düyünlər alabəzək olur, kapsul parenxima ilə birləşir, kəsiş səthində qan sağıntıları və nekroz sahələri görünür. Daxili orqanların seroz qişalarında sarımtıl rəngli şişlər inkişaf edir.aqroexpert99
Limfoid leykozda dalağın həcmi normaya nisbətən 3-5 dəfə böyüyür, konsistensiyası rezinə oxşayır, kapsul kəskin böyümə nəticəsində hətta yırtıla da bilər. Limfosarkoma zamanı isə dalaq böyümür: Daxili orqanlardan histoloji müayinə üçün laboratoriyaya ııümunə kəsilib göndərilir.
Müalicə hazırlanmamışdır.
Profilaktika və mübarizə tədbirləri. Leykozla qeyri-sağlam təsərrüfatlarda məhdudlaşdırma tədbirləri yerinə yetirilir. Bu təsərrüfatdan damazlıq məqsədilə heyvan çıxarılmasına icazə verilmir. Leykozun yayılmasının qarşısmı almaq üçün heyvanlann seleksiyasına xüsusi diqqət yetirilməli, əcdadlarında bu xəstəlik olmuş fərdlər döllükdə istifadə edilməməlidir. Leykoz diaqnozu qoyulmuş heyvanları ət kombinatlarına məcburi kəsimə vermək lazımdır. Xəstə heyvanların südü qaynadıldıqdan sonra kökəlmədə olan heyvanlara yem kimi verilə bilər. Ət kombinatlarında leykoz diaqnozu qoyulduqda bu barədə heyvanın məxsus olduğu təsərrüfata və baytar həkiminə məlumat verilir, daxili orqanlardan histoloji müaynə üçün laboratoriyaya nümunə göndərilir. Damazlıq işi üçün nəzərdə tutulan bütün heyvanlar immun-diffuz reaksiyası ilə yoxlanılmalıdır. Leykozla qeyri-sağlam təsərrüfatlarda dezinfeksiya işləri mövcud qaydalara əsasən yerinə yetirilməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: