Qaramalin viruslu diareyası

aqroexpert20İti gedişli kontagioz virus xəstəliyidir. Həzm sisteminin selikli qişasının iltihabı, yüksək temperatur və güclü ishalla (diareya) səciyyələnir.
Törədicisi. Virusdur. Tərkibində RNT və lipid vardır, pestivirus mənşəlidir, qaramal embrionunun böyrək toxumasmda yetişir. Bu virusların seroloji cəhətdən donuzların taun virusu ilə oxşarlığı vardır.
Epizootologiyası. Diareya virusuna əsasən 6-24 aylıq yaşda olan cavan heyvanlar həssaslıq göstərirlər, lakin bütün yaşda olan heyvanlar yoluxa bilərlər.
Yoluxmanın mənbəyi xəstə və ya xəstəlikdən sağalmış heyvanlar hesab edilir. Belə heyvanlar uzun müddət virusla ətraf mühiti çirkləndirirlər. Yoluxma virusla sirayətlənmiş yem, su və s. ilə alimentar yolla baş verir, digər üsullar da mümkündür. Buzovlar viruslu südü qəbul etməklə yoluxurlar.
Xəstələnmə 10-100% arasında dəyişir ki, bu çox hallarda heyvanlarm həssaslıq dərəcəsindən və virusun virulentliyindən asılı olur, bəzi hallarda xəstələnmiş heyvanların yarısından çoxu ölür. Bu xəstəlikdə də ikincili infeksiya kimi bakteriyalarla və digər viruslarla assosiasiya prosesin xeyli mürəkkəbləşməsinə səbəb olur.
İmmunitet. Xəstə heyvanlar sağaldıqdan sonra 4 aydan bir ilədək
immunitet qazanırlar. Qaramalın diareyasına qarşı tətbiq edilən vaksin 6-12 ayadək immunitet yaradır.
Xarici ölkələrdən bəzilərində viruslu diarıya, infeksion rinotraxeit və paraqrip-3 əleyhinə müxtəlif vaksinlər işlədilir.
Klinik əlamətləri. İnkubasiya müddəti 2-14 gündür. Xəstəlik iti, yarımiti və xroniki gedişli ola bilər. İti gedişli formada heyvanın bədən temperaturu kəskin yüksəlir və zəiflik hiss olunur. Ağız və burun selikli qişaları qızarır, axıntı selikli eksudat tərkiblidir. Bir müddət sonra xəstələrdə güclü, su kimi ishal başlanır. Kal kütləsi ağır çürümə iyi verir, tərkibində selik və qan olur. Ağırlaşma hallarında ağızda, dırnaqarası nahiyələrdə eroziya və yara əmələ gəlir.
Yarımiti gedişli forma əsasən cavanlarda müşahidə olunur. Yuxarıda qeyd olunan patoloji proseslər bu formada nisbətən zəif inkişaf edir.
Bütün heyvanlar xəstəlikdən sağaldıqdan sonra da virusu ətraf mühitə yaymaqda davam edirlər.
Patoloji-anatomik dəyişikliklər. Əsas dəyişikliklər mədə-bağırsaq traktında xarakterik birləşən yaralar və eroziyalar hesab olunur. Bir çox hallarda qırtlaq, traxeya və bronxlarda da hiperemiya və şişkinliklər müşahidə olunur.
Diaqnozu. Təsərrüfatda xəstəliyin olmasını kompleks üsulla epizootoloji, klinik, patoloji-anatomik və laborator müayinələrinin nəticələrinə əsasən müəyyən edirlər. Laboratoriya analizləri üçün buzlu termosda limfa düyünləri, bağırsaq və burun selikli qişası hissələri göndərilir.
Müalicəsi. Simptomatik müalicə aparılmalıdır. Mikrobioloji preparatlar mürəkkəbləşmələrin qarşısını alır və orqanizmin müdafiə xassələrini gücləndirir. Seroterapiya da tətbiq edilə bilər. Antibiotiklər seçilərkən mikroorqanizmlərin onlara həssaslığı mütləq təyin edilməlidir.
Profilaktika və mübarizə tədbirləri. Viruslu diareyanın profilaktikası heyvanların yemlənməsi və bəslənməsi zamanı baytar-sanitar və zoogigiyeniki normalara tamamilə əməl edilməsindən ibarətdir. Heyvanların yerdəyişməsi, yenidən alınması və yerləşdirilməsi qaydalarına diqqətlə riayət edilməlidir. Xəstə heyvanlar təcrid olunaraq müalicə aparılmalı, heyvanların profilaktikası və digər texniki yerdəyişmə işləri dayandırılmalı, keyfiyyətli dezinfeksiya tədbirləri həyata keçirilməlidir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669