Qarğıdalı unu necə hazırlanır, faydası, saxlanılma qaydası

Ana vətəni Cənubi Amerika olan qarğıdalı bitkisi mülayim iqlimdə, nəmli torpaqda yetişməyi sevir. Ölkəmizdə bir sıra rayonlarda asanlıqla yetişdirilir. Qarğıdalı aprel-may aylarında əkilir. Əkim və yetişmə prosesində qayğı, diqqət tələb edən bitkidir. İlk mərhələdə suya çox ehtiyac duymasa da, çiçək açandan sonra bol suvarma tələb edir. Zərərvericilərə qarşı isə xüsusi tədbirlər görmək lazımdır.

Qarğıdalı unu necə hazırlanır?

Qarğıdalının saçaqları getdikcə rəngini dəyişərək qəhvəyi və daha tünd qəhvəyi rəngə çevrilir. Qurumağa başladıqda isə məhsulun yığım zamanın gəldiyi məlum olur. Toplanan qarğıdalılar xarici qabıqları soyulur. Küflənməyəcək şəkildə günəşin altında qurudulur. Müasir texnalogiya syəsində isə xüsusi quruducu aparatlardan istifadə olunur. Daha sonra quruyan qarğıdalılar dənələnir. Dənələndikdən sonra içində qalan saplaq və digər əlavə qalıqlar ələnərək təmizlənir. Əldə olunan məhsul əvvəllər əl dəyirmanlarında üyüdülrdü. Daha sonralar və indi dəyirmanlarda üyüdülür. Üyüdüldükdən sonra sarı rəngdə un əldə olunur. 

qarğidali unu necə hazırlanır

Əsasən çörək və xəmir hazırlanmasında istifadə olunsa da, dünya mətbəxində geniş istifadə olunur. İstehsal şəraitinə, istifadə olunma təyinatına, istehsalda istifadə olunan maddələrə görə rəng dəyişimi ola bilər. Ümumi olaraq incə, yumuşaq, qoxusuz və açıq sarı rəngdə olur.

Qarğıdalı unu arpa və buğda unundan fərqli olaraq qlutenə (elastik proteindir. Makaron və digər unlu məhsullarının tərkiblərini birlikdə saxlayan yapışdırıcı maddə) sahib deyil. 

Tərkibində dəmir, fosfor, maqnezyum, folik turşusu, lif baxımından olduqca zəngindir. Bir çay fincanı qədər buğda unu 250 kaloridir. 

Faydaları nələrdir?

Qarğıdalının içərisində yüksək miqdarda karbohidrat var. 
Göz, sümük, diş və böyrək sağlamlığı baxımından lazımlı olan A vitamini baxımından zəngindir. Və B2 vitamini ilə zülal, kalsium, fosfor, dəmir mineralları baxımından zəngindir.

qarğıdalı unu necə hazırlanır, qargidali unu necə saxlanir

Qarğıdalı unu içərisində bol miqdarda nişasta olur. Qarğıdalı nişastası tibb dünyasında dərman istehsalında və C vitamini istehsalında istifadə olunur. Lifli bir qida olan qarğıdalı bu xüsusiyyəti sayəsində qan şəkərini tənzimləyir. Ayrıca qəbizliyi önləyər. Lifli olması eyni zamanda tac ürək xəstəliklərini da qarşısını alır. Doymamış yağ turşuları baxımından zəngindir. Doymamış yağ turşuları xolesterolu tarazlamağa kömək edir. Eyni zamanda ürək və damarın dostudur. Qarğıdalı unu dəri üçün çox faydalıdır. Bir çox dəri maskasının istehsalında da istifadə edilər. 

Qarğıdalı unu hansı şəraitdə və necə saxlanılmalıdır?

Şüşə və ya plastik qabda, sərin, quru və qapalı yerdə ağzı bağlı şəkildə saxlanılmalıdır. Soyuducu sərin və quru olması baxımından uyğun saxlama yeridir. Lakin qarğıdalı unu olduğu yerdəki qoxuları asanlıqla özünə hopdura bilir. Bu səbəbdən qarğıdalı ununu əlavə bir salafana və ya qaba qoymaq olar. Böcək və digər həşəratlardan qorumaq üçün üzərinə bir dəfnə yarpağı qoya bilərsiniz. Bu saxlama şəraitini digər un növlərinə də tətbiq etmək mümkündür.

Əlavə : Balığı qarğıdalı ununda qızartdıqda daha ləzzətli dada sahib olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!