Qarpız tumunu atmayın! İnanılmaz 8 faydası

Yay aylarının əvəzolunmaz nemətindən biri olan qarpızın faydasının əslində tumunda olduğunu bilirdinizmi? Agroexpert.az-ın təqdim etdiyi məqaləni oxuduqdan sonra  qarpız tumlarını yemədiniz üçün peşman olacaqsınız.

Qarpız tumu :

1. Bağırsağın fəaliyyətini artırır

Qarpız tumu yüksək nisbətdə lifdən ibarətdir. Bu xüsusiyyəti sayəsində bağırsaqların fəaliyyətini artırır, həzm prosesinin asanlıqla başa çatmasına köməkçi olur. Əgər siz də qəbizlik kimi həzm problemləri yaşayırsınızsa probleminizi dərmanlar istifadə etmək əvəzinə qarpız  tumu ilə həll edə bilərsiniz.

qarpız tumu faydaları
2. Dərini gözəlləşdirir

Qarpız tumlarında bol miqdarda antioksidant və omega-3  var. Bu xüsusiyyətləri sayəsində dərinizin yenilənməsini, hava almasını, yaşlılıq əlamətlərinin azalmasını təmin edir; akne (uqri) və sızanaq kimi dəri problemlərinin qarşısının alınmasına kömək edir.

3.  Qan şəkərini tarazlaşdırır

Qarpız tumu şəkər xəstələri üçün şəfa verən dənələr kimidir. Mütəmadi olaraq qarpız tumu  yeyərək qan şəkərinin nəzarət altına alınmasına, insulin müqavimətinin azalmasına köməkçi ola bilərsiniz.

4. Enerji Verir

Hərəkətli bir gün sizi gözləyirsə qarpız tumları köməyinizə çata bilər. Az kalori, yüksək enerji səviyyəsi sayəsində yorğunluğa qarşı intensiv güc verir. Tərkibində olan minerallar və liflər ilə bütün halsızlığı sizdən uzaqlaşdırır.

5. Damar sağlamlığını qoruyur

Qarpız tumları omega-3 və omega-6 yağları baxımından olduqca zəngindir. Bu xüsusiyyətləri sayəsində damarların zəifləməsinin, sərtləşməsinin qarşısını alır, qan dövranından qaynaqlanan bir çox xəstəliyə qarşı qoruyur.

6. Təzyiqi tənzimləyir

Təzyiq problemi yaşayırsınızsa qarpız tumlarından istifadə edin. Qarpız tumları daşıdığı bol miqdarda zülal və amin turşular sayəsində təzyiqin tənzimlənməsinə köməkçi olur.

7. Sümükləri gücləndirir

Qarpız tumlarında bol miqdarda sümüklər üçün son dərəcə faydalı olan maqnezium var. Bu xüsusiyyəti sayəsində sümüklərin güclənməsinə, qocalıq ilə inkişaf edən osteoporoz kimi xəstəliklərin qarşısının alınmasına köməkçi olur.

8. İmmunitet sistemini gücləndirir

Daşıdığı bir çox antioksidant sayəsində mənfi təsirlərə səbəb olan bütün amilləri təsirsiz hala gətirərək xəstəliklərə qarşı müqaviməti artırır. Başda ürək xəstəlikləri və bir çox xərçəng növünə qarşı tutulma riskini azaldır.

Bu qədər faydalı olan qarpız tumlarını bundan sonra atmaq əvəzinə faydalarından istifadə etməyə çalışın. Məsələn, salatların, buzlu içkilərin içərisinə ataraq sağlamlıq qazana bilərsiniz. Və ya istəyə görə tumları qovurub çərəz kimi yeyə bilərsiniz, qaynadıb çayını da içə bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика