Qarpız xəstəliklərinin müalicəsi üçün yeni üsul

İsti yay ayları yaxınlaşır və bu da  yayın əvəzolunmazı sayılan qarpız giləmeyvəsinin mövsümünün yaxınlaşdığı deməkdir.

Qarpız təsərrüfatı ilə məşğul olan fermerlər də öz növbələrində məhsullarını xəstəliklərdən qorumağa çalışmalıdırlar.

qarpız xəstəlikləri agroexpert.az

“Fusarium solması” adlandırılan xəstəlik qarpız giləmeyvəsi mədəniyyətinin ən vacib xəstəliklərindən biridir və bütün dünya üzrə qarpız yetişdiriciləri üçün böyük bir problemdir. Bu xəstəlik məhsulu məhv etməklə fermerlərə çox böyük iqtisadi zərbə endirə bilir.

Bu məqalədə mütəxəssislərin bu xəstəliyə qarşı mübarizədə bromlu metil qarışımından başqa hansı alternativlər təklif etdiyi barədə məlumat verəcəyik.

Əvvəllər, məsələn, ABŞ-da bu “zolaqlı giləmeyvə” istehsalçıları,  metil bromiddən bu xəstəliyə qarşı mübarizə aparmaq üçün istifadə edə bilirdilər, amma indi ekoloqların etirazları səbəbindən bu variantdan imtina edilib.

Alternativ olaraq, Şimali Karolina Universitetində fitopatoloqlar tərəfindən sınaqdan keçirilmiş iki funqisid növü var. Bunlar aktiv maddələr olan protiokonazol və pidiflumetofenlərdi. Bu maddələr qarpızları fusarium solmasından qorumağın effektivliyi üçün çox əhəmiyyətlidir.

Aparıların sınaqların nəticələri göstərir ki, hər iki funqisid istifadə normasından və tətbiq üsulundan asılı olmayaraq əla təsir göstərmişdir.

Bu elmi işlərdə iştirak edən Jeff Standiş tətqiqat haqqında bunları deyib: “Nəticələrimizə əsasən deyə bilərik ki, pidiflumetofen və protiokonazolun fusarium kirini azaltmaqda eyni dərəcədə təsirlidir və pidiflumetofen xəstəliyin ağır olduğu zaman məhsulun qorunmasında daha təsirli olur. Bu, pidiflumetofenin funqisidlərə patogen müqavimətinin inkişafının qarşısını almaqda kömək etdiyi məlum oldu. Yəni tətqiqatlar onun bir vasitə olaraq istifadə edilə biləcəyini göstərir. Bağçılıq təsərrüfatı ilə məşğul olanlar üçün bu yaxşı bir xəbərdir ki, pidiflumetofenin effektivliyi protikonazolun təsirinə bənzəyir.

Həmçinin qeyd etmək lazımdır ki, məhsuldarlıq məlumatlarının yalnız bir il ərzində əldə edilməsinə baxmayaraq, emal olunmamış yoxlanış ərazilərində böyüdülən bitkilər məhsul vermədilər və bu da bu xəstəliyə qarşı mübarizənin vacibliyini vurğulayır.

Alim bu tətqiqatlar haqqında elmi məqalələrin nəşrindən əvvəl Fusarium oxysporum f-nin həssaslığını da qeyd etdi. Onun dediyinə görə, bu kəşf gələcəkdə qarpızların funqisidal xəstəliklərdən qorunmaq strategiyasını təyin etmək üçün çox yararlı olacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669