Qarpızın müalicəvi və xeyirli xüsusiyyətləri

agroexpert_qarpizHər birimizin çox sevdiyi bu yay məhsulu, PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.

Tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur.

Tərkibində olan dəmir duzlarının miqadarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə — qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Bundan əlavə qarpız- güclü sidkqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır ki, onlar qarpızın tərkibində banan və portağaldan daha çoxdur. Bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına və həmçinin sistitin müalicəsində kömək edir. 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика