Qaz ciyərindən paştet (RESEPT)

Qaz ciyərindən paştet (“Pate de foie gras”) ilk dəfə 1778 ci ildə Fransada hazırlanıb. Adətən paştetlər çörəyin üzərinə çəkilərək süfrəyə qəlyanaltı kimi verilir. Mağaza rəflərində paştet çoxlu çeşiddə xüsusi qablarda, konservləşdirilmiş formada satılır. Paştetin müxtəlif çeşidi və hazırlanma qaydası var. Agroexpert.az qaz ciyərindən hazırlanan paştetin ev şəraitində hazırlanma qaydasını təqdim edir.

paştet

Tərkibi:

  • 2 ədəd qaz ciyəri
  • 90 qr qaz yağı
  • 2 ədəd baş soğan
  • 2 diş sarımsaq
  • ədviyyatlar zövqə görə

Hazırlanma qaydası:

İlk öncə soğan və sarımsağın qabıqlarını təmizləyin. Sarımsağı xırdalayın,soğanları isə kubik şəklində doğrayın. Qaz yağını tavada əridin. Xırda doğranmş sarımsaq və soğanı qaz yağında 2 dəqiqə qovurun. Qaz ciyərini yuyun və xırdalayın. Tavada qovrulmuş soğanların üzərinə yuyulmuş qaz ciyərini tökün. Soğanla birlikdə təxminən 15-20 dəqiqə bişirin. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Ədviyyatları da səpib blenderdən keçirin. Püre halına gələn paşteti hazırladıqdan dərhal sonra süfrəyə verin.

Nuş olsun!

Qaz yağının faydaları haqqında bu bölməmizdən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!