Quşlar

Qaz ferması-biznes plan

qaz ferması biznes planiQaz və ördək elə ticarət sahəsidir ki, hər dövrdə ailə biznesi kimi populyar olmuşdur. Səbəbi hər halda qaz ətinə olan tələbatın toyuq ətinə olan ehtiyac səviyyəsinə çatmamasıdır.

Lap yaxşı, demək ki, bu sahəni monopoliya eləmək də asan olmayacaq. Kənd əhalisi qaz və ördək saxlamağa da meyllidir. Bu məqalədə qaz fermasının biznes planını tərtib edəcəyik. Təbii ki, əksik gördüyünüz məqamları commentlərdə yazsanız, sizlərə minnətdar olarıq.

Qaz ferması: Torpaq

Bizdə Rusiyadakı kimi hələki şirkətləşmə və sertifikatlaşma tələbləri sərt olmasa da bəzi məqamları nəzərə alsanız yaxşı olar. İşi elə yerdə qurun ki, ən azından qonşulara məsafə 20-30 m olsun. Ərazi su mənbəyinə, otlağa yaxın olsun. Qaz sayına görə ərazinin ölçüləri uyğun olsun. Balaca “sot”-da böyük sürü saxlaya bilməzsiniz.

Qaz ferması: Quşların əldə edilməsi

Gəlirli quş ferması 500-800  baş olmalıdır. Mən 100-200 ilə eksperiment edəcəm, mənim hesablarımla 200 baş da gəlirli olmalıdır. Qazları hansı şəkildə alacağınıza görə də xərciniz çıxacaq. Qaz cinsini də düzgün seçmək lazımdır. Deyək ki, böyük qaz alsanız qazın biri 40-60 Azn (cinsə görə fərqlidir), 100 qaz üçün 4000 Azn çıxacaq.

Qaz balası alsanız biri 7-8 Azn-dən, 100 qaz 700 Azn edir. Düzdür bu halda ən azı 6-7 ay gözləməlisiz ki, qazlar böyüsün. Qaz balalarını tanış inkubatorlardan alın. Hal-hazırda inkubator özü topdan satış nöqtəsidir. Tanış inkubatordan alın ki, sizə safqan təmiz cins balaları versin.

Qaz ferması: Avadanlıq

Qazlar (ördək) dözümlü heyvan olduğu üçün onlara xüsusi ferma lazım deyil. İstənilən məkanda qaz sürüsü saxlamaq olar, bir şərtlə ki, yel çəkməsin.

Saxlama yeri hər m²-də 4 qaz olmaqla hesablanmalıdır. Qazlar özü +10°-də qala bilirlər, hətta +4-5°-yə kimi dözəbilərlər (qısamüddətli). Amma qaz balaları üçün hinin tempraturu +25-27° olmalıdır.

Digər avadanlıqlar sırasında yemqabları, suqabları, yuvalar (yumurtalamaq üçün) və inkubator (vacib deyil) saymaq olar ki, bunların da xərci böyük deyil. Çoxunu özünüz düzəldə bilərsiniz.

Qaz ferması: YEM

Bu ticarətdə qazanmaq istəyirsənsə yem məsələsinə diqqət edəcəksən. Qazlar yayda çöldə bayırda da dolana bilər, amma qış vaxtı ot olmadığı üçün buğda, qarğıdalı, kəpək kimi yem sezonda ucuz alınıb tədarük edilməlidir. İstənilən halda qaz (ördək) yemi son məhsulun 40%-ni aşmamalıdır. Əgər böyük göl varsa yem xərcini daha da az eləmək mümkündür.

Yemdə udmaq üçün qaz fermasını böyük çəmənlik və göllər olan yerlərə yaxın qurun.

Qaz ferması: Satış

Normal qaz (qaz cinsini düzgün seçmək önəmlidir) 6-10 kq olur. Hətta xolmoqor qazları 12-15 kq da ola bilər. Qazın əti, tükü, lələyi, ciyəri və peyini istfadəyəy yararlıdır.

Rəqəmlərlə qazancı ifadə etsək:

  • qazın çəkisi:  5-10 kq (1 kq ətin qiyməti 7-9 Azn)
  • 1 qaz 600 qram tük verir: 1 kq-ın qiyməti 20-40 Azn
  • 40 lələk verir: Bunun da satışın təşkil edə bilərsiniz
  • yağını kosmetikada istifadə edirlər
  • peyin: gündə 1 kq

Bu rəqəmlərlə 200 vəya 1000 başlıq qaz fermasının gəlir və xərclərini hesablaya bilərsiniz. Burda işçiliyi hesaba almadıq çünki 500 başlıq qaz fermasına bir adam da kifayət edər. O da təbii ki, özünüz olun. Çünki başqasına tapşırılan iş alınmır…

Qaz cinsləri barəsində burdan oxuya bilərsiniz.

4 COMMENTS

    • Rəy bildirdiyiniz üçün təşəkkür edirik Rəşad bəy! Mən özüm qaz saxlayıram. Az yazıram düzdür, bütün informasiya bir məqalədə vermək istəmirəm uzun olur. Digər məqalələr baxa bilərsiniz.
      Yanlış olan nədi deyin baxım düzəldim

  1. mən artıq təxminən bir həftədir…. sizin yazılarınızı oxuyuram…. demək olar ki yatanda səhifədən çıxıram … sönməyin daha çox məqalələr gözləyirəm….(bu vaxtadək bizplus saytını oxuyurdum.. artıq sizi də o siyahıya qatmışam… gənclərə də tövsiyə edirəm… qaldı ki …. təbii haradasa səhv ol bilər…. lakin köməkləşib… səhvləri düzəltmək üçün əl-ələ vermək lazımdır… ocağımızı daha da alovlandırmaq…. belə mövzuların bol olması gənclərimiz üçün, maarflənməmiz üçün bir vasitədir….bir oxucu kimi,abunəçi kimi daha çox belə maarifləndirici, xeyrli məqalələrin daha çox yazılmasını tələb edirəm 😉 😉 😉 )))))))))… minnətdaram hər şeyə görə

    • Bizim ən böyük mükafatımız sizin kimi insanların bu cür sözləridir. Biz düz istiqamətdə olduqca sizin kimi elmə dəyər verən istifadəçilər ətrafımızda toplanacaq. Beləcə çox səviyyəli bir sosium əmələ gələcək. Hərkəsə sərfəli… məqsədimiz insanımıza faydalı olmaqdır. Çox sağolun riqqətinizə görə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: