Qaz yağının faydaları nələrdir?

Tam bir sərvət sayılacaq quş. Əti, tükü, yağı ilə faydalı olan qaz…

Bu gün sizə qaz yağının faydaları nədir? Nələrə xeyri var? Onlardan bəhs edəcəyik.

Qaz yağının faydaların haqqında danışmadan öncə… A, E, D, K vitaminləri ilə zəngin olan qaz yağı bir çoxları tərəfindən bilinməyən ləzzətli və faydalı bir məhsuldur. Yüksək enerji verdiyi üçün qış aylarının sərt keçdiyi ölkələrdə məşhurdur.

Qaz yağı necə əldə olunur? agroexpert.az_qaz yağı ne qeder faydalıdır

Qaz yağının alınması üçün qazlar əsasən noyabr və ya dekabr aylarında kəsilir, tükləri təmizlənir, boyun və müxtəlif hissələrindən yağ yığılır. Yığılan yağlar əridilir, süzülür və şüşə qablara doldurulur. Bir qazdan təxminən 170-420 qr yağ əldə olunur. Yüksək temperaturda belə qaz yağı yanmır. Buna görə də avropa aşpazları sobada bişirilən yeməklərdə qaz yağından istifadə edirlər..

Yeməklərə dad verən ləzzətli qaz yağının 100qr -ında 880 kalori var. Həmçinin 100 qr qaz yağında 33 qr doymuş, 55 qr doymamış yağ var. Eyni miqdarda toyuq yağının tərkibində 54 qr doymuş, 20 qr doymamış yağ var. Otaq temperaturunda duru yağ halına gələ bilir.

Bu məhsul bədənin xaricində istifadə oluna bilər. Belə ki,

Qaz yağı ağrıyan hissələrə sürtülərək ovuşdurulmalıdır. Bu masaj prosesini davamlı olaraq istifadə etdikdə ağrılar bir xeyli azalacaq. Soyuq yerlərdə şaxtadan qorunmaq, bədənin temperaturunu artırmaq, qızınmaq üçün bütün bədənə yaxılır. Dodaq çatlarında dodaq boyası kimi az miqdarda dodağa sürtmək olar. Əridilmiş qaz yağı yanıq ləkələrini aparır.

Qaz yağının faydaları…

Qaz yağı bəzi xəstəliklərin müalicəsi üçün istifadə olunur.
  • Romatizma, bel və boyun ağrılarında, oynaq və sümük ağrılarında təsir edici rola sahibdir.
  • Immunited sistemini gücləndirir
  • Öskürəyi azaldır və kəsir.
  • Qandakı xolesterol miqdarını azaldır.
  • Dərini yumşaldır və elastiklik verir.
  • Ayaq və topuq(daban) çatlarına yaxşı təsir edir
  • Üzdə və dəridəki çatlamalara da faydalıdır.
  • Bədəndə müqavimət gücünü artırır
  • Beyin üçün çox faydalıdır.
  • Kökəlmək istəyənlər və uşaqlar üçün faydalıdır.
  • Yanıq yaralarını sağaldır.

QEYD: Qablaşdırılmış dərman-krem halında qaz yağı Türkiyədə 35-50 TL-yə (15-22 AZN) satılır.

Sağlam və ləzzətli qida kimi tanınan qaz yağının mənfi təsirləri nələrdir? 

agroexpert.az_qaz yağının faydaları

Tərkibindəki doymuş yağ ürək- damar problemlərinə yol aça bilər. Bu cür problemlərə meyilli insanlar qədərində istifadə etməyə çalışmalıdırlar. Həmçinin qaz yağı əlavə kilo qazandırır. Kimi üçün bu mənfi təsir, kimi üçün isə yaxşı fürsətdir.


Qaz ətinin faydası nədir? 

Bəs qaz əti yemisiniz?

Ləzzətini bilirsiniz?  

Qazlar haqqında maraqlı məlumatlar üçün… OXU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика