Quşlar Sağlam qidalanma

Qaz yumurtası haqqında

Bir ədəd qaz yumurtası 3 toyuq yumurtasına bərabərdir.

Qaz yumurtası ağ rəngdədir və 70-110 qr ağırlığındadır. Qabığı qalın və sərtdir. Buna görə də onu qırmaq elə də asan deyil. Qazların yumurtalama səviyəsi aşağıdır. Belə ki, qazların yumurta sayı illik hesablanır, günlük, aylıq deyil. Qazlar 10 yaşına kimi yumurtlaya bilirlər. Lakin ilk illərdə verdikləri qədər olmur. İllik yumurta sayı qazların cinsinə görə dəyişir. Çin, Tulus Roman cinsləri kimi bəzi qaz cinsləri bir az daha çox yumurtlayırlar.

qaz yumurtası haqqında məlumat

Qaz yumurtası insan vücuduna lazımlı olan maddələrlə zəngindir. Yumurta ağında mis, maqnezium, yod və mangan, sarısında isə natrium, kalium, kükürd və xlorid var. Həmçinin qaz yumurtasının tərkibində fosfat, dəmir kimi minerallar var. Yumurta sarısındakı dəmir orqanizm tərəfindən bir başa həzm olunur. Bu səbəbdən orqanizm üçün yaxşı birdəmir nənbəyidir. Yumurtanın tərkibində B qrupu vitaminləri, az miqdarda A və K vitaminləri var. Göründüyü kimi uşaqların, yeniyetmələrin inkişafı üçün önəmli olan qidalardan biridir.

Bir ədəd qaz yumurtasının kalori dəyəri 185kkal-dir. Tərkibində 1.35 qr karbohidrat var. Protein dəyəri isə 13.87 qr-dır.

Önəmli enerji mənbəyi olan qaz yumurtasının faydaları nələrdir?

  • Qanazlığını aradan qaldırır, qan yaradıcıdır. Buna görə də qanazlığından əziyyət çəkənlər istifadə edə bilərlər.
  • Orqanizme enerji verir, halsızlığı aradan qaldırır.
  • Maddələr mübadiləsini sürətləndirir, həzmi asandlaşdırır.
  • Əzələ və damar yollarının müntəzəm işləməsinə kömək edir.
  • Uşaqların daha sağlam böyüməsi üçün ehtiyac duyulan protein mənbəyidir. Yüksək protein dəyəri sayəsində boy artımına köməklik edir. Fiziki və zehni inkişafı dəstəkləyir.
  • Dəqiq və mütəmadi istifadə olunduqda faydaları təsdiqini tapar.

qaz yumurtasının faydaları haqqındaQazın kürt yatma zamanı və ya inkubasiyadan öncə yumurtalar nəmli bir parça ilə yumşaq şəkildə silinib, təmizlənməlidir. Bu dölün inkişaf zamanı içəridə rahatlıqla nəfəsalması üçün vacibdir. Kürt yatma müddəti 27-30 gün arasında dəyişir.
Təzə yumurtaların üzərindəki toz və çirk təmizlənməməlidir. Bu yumurtanı qorumaq-xarab olmaması üçün önəmlidir.

Qaz yumurtasını səhər yeməyində istifadə etmək, bol enerji və vitaminlə günə başlamaq deməkdir. Bu yumurtanın toyuq yumurtasından fərqi yoxdur. İstənilən şəkildə bişirib yemək olar. Lakin toyuq yumurtasından böyük olduğu üçün qaynama və bişmə müddəti də bir az uzun olur. Çiy içməkdə mümkündür. Həm bu halı daha faydalı olur. Lakin bir başa yumurtanı qırıb çiy içə bilməyənlər bir qaba əlavə edib, üzərinə süd töküb, qarışdıraraq içə bilərlər.

 

Hinduşka yumurtası haqqında…

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: