Qazanc gətirən çöl quşu

Qəbələnin Daşlıca kəndində yaşayan  Əli Babayev şəxsi təsərrüfatında qırqovul quşu bəsləməklə məşğuldur. Məqsədi quşçuluğun bu sahəsini şimal-qərb bölgəsində inkişaf etdirməkdir. Gələcəkdə də qırqovul ətinin ixracına nail olmaqdır.

Əsasən yerli sort olan soyuğadavamlı quşları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlüdülər.

qırqovul quşu

Kənd təsərrüfatı ilə yanaşı çöl quşlarına böyük marağı olduğundan, bir necə il əvvəl meşədən tutduğu qırqovulları saxlayaraq artırmaq niyyətinə düşüb. Həyətinda bağlı şəraitdə saxladığı qırqovulun yumurtalarından çıxan bala qırqovulları böyüdüb. Getdikcə də saylarını artırıb.

Bu qədər xeyir götürəcəyini hesab etmədiyini deyən Əli Babayev 1 il ərzində 100-ə yaxın qırqovul böyüdərək satıb. Hal hazırda həyətinda 200 başa yaxın qırqovul quşu var. Aprel ayında yumurtlama dövrü olduğu üçün, onlara daha çox qulluq etmək lazımdır.

Onu da vurğulayaq ki, ana qırqovul yumurtlama dövründə 150-yə qədər yumurta verir. Qırqovulların bəslənməsi də çox rahatdır. Qazanc əldə etmək üçün qırqovulun birini 25 – 50 manata satmaq olur. Onları bəsləməyi və sayını artırmağın yolunu hər bir müştərisinə öyrədib göstərir.

Son vaxtlar meşələrdə nadir hallarda rast gəldiyi qırqovulları qapalı şəraitdə çoxaltmağı bacaran Ə.Babayevdir. Gələcəkdə onların sayını 1000 başa çatdıraraq iri ferma yaratmağı planlaşdırır.

Hal hazırda Qəbələdə fəaliyyət göstərən restoranlardan da böyük tələbat olduğunu söyləyir. Restoranlarda qırqovul quşu əsasən soğanla qovrulmuş və “tabaka” kimi hazırlanmış halda sifariş edilir. Onu da qeyd edək ki, bütöv bir qırqovuldan hazırlanmış sifarişin qiyməti restorandan asılı olaraq 45- 60 manat arasında dəyişir.

Digər quşlar (toyuq, qaz, ördək, bildirçin) haqqında məqalələrlə burdan tanış ola bilərsiniz.

Mənbə: © Sputnik Azərbaycan

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика