Qazlar haqqında maraqlı məlumatlar

Qazlar haqqında bilmədiyimiz maraqlı məlumatlar…

Dünyada təxminən 30-dan çox qaz növü var. Bu növlərə dünyanın hər yerində rast gəlmək mümkündür. Fərqli növlərə sahib olan qazların xeyli sayda ortaq xüsusiyyətləri var.

  • Ev quşları arasında ən tez böyüyən və baxımı ən rahat olanıdır. Yemək artıqlarıyla ilə də qidalanırlar. Canlı kiloları 3-11 kq arasında ola bilir.
  • Əhilləşdirilmiş qazlar təbiətdə sahibsiz yaşaya bilməzlər.
  • Vəhşi təbiətdəki qazlar isə zəif bataqlıqlar, çay vadiləri, nəm otlaqlarda, estuari və dənizlərdə yaşayarlar. Mövsümə uyğun olaraq adalara köç edərlər. Bu qazlar 10 ilə 25 il arasında bir ömür sürərlər. Evcil (əhilləşdirilmiş) qazlar isə təxminən 20-25 il yaşayarlar. Ancaq bir qrup qaz növünü var ki, onlar daha uzun yaşayırlar.
  • Uzunluqları 60-120 sm arasında dəyişir. Qanadları açıldıqda 80-185 sm uzunluğunda olur. 

Qazlar haqqında ən maraqlı məlumatlar bunlardı…

Köç edən qazlar küləyin müqavimətini ən aza endirə bilmək və enerjiyə qənaət üçün”V”şəklli bir görünüşlə uçurlar. Bu eyni zamanda uzun səfər zamanı qazların bir-birinə yaxın qalmasını təmin edər. Quşlar uçarkən səs çıxarırlar və sürünü “V” formanı qoruyub saxlamağa təşviq edirlər. 

agroexpert.az qazların V uçuşu_ maraqlı məlumatlar

  • Köç edən qazlar hər mövsümdə 5 km uça bilirlər.
  • Gecə köç edərkən saatda təxminən 65 km sürətlə uçurlar. Ancaq güclü külək olarsa sürətlərini saatda 110 km-ə qədər artıra bilirlər.
  • İldə bir dəfə qazlar quyruq tüklərinə qədər bütün tüklərini tökərlər. Tük tökmə müddəti 30 ilə 45 gün arasında dəyişir. Təzə tüklər gələnə qədər qazlar uçmazlar. Bu zaman yırtıcılardan qaçmaq-qorunmaq üçün suyun yaxınlığında olmağa çalışarlar.
  • Qazlar çox yemək yeyirlər. Bir neçə gündə bir çuval arpanı bitirə bilərlər. Amma qazların qidalanmasını müəyyən rejimə salmaq mümkündür. Əsasən yarpaq, bitki kökü, çiçəkli bitki ilə qidalanırlar. Lakin fermada saxlanan qazların əsas qidası buğda və arpadır. Bundan başqa balaca böcəklər, qarğıdalı, kələm, düyü ilə də bəslənirlər. 
  • Qazlar çox sadiq quşlar siyahısına daxildir. Partnyorları və balaları üçün çox qoruyucudurlar. Əgər ana qaz və ya balalardan xəstələnən, yaralanan olarsa, qışın yaxınlaşmağına, digər qazların cənuba uçmağına  baxmayaraq erkək qaz onların yanında qalmağı, ailəsini tərk etməməyi üstün tutur.
  • Qazlar ən çox 12 yumurta ilə kürt yatar və bala çıxarma müddətləri 28 ilə 35 gün arasında dəyişər.
  • 2-3 aylıq olduqda uça bilirlər. İl boyunca ailələrinin yanında qalan qazlar bir il sonra sürü yaradırlar. agroexpert.az qazlar haqqında maraqlı məlumatlar
  • Əhvallarına uyğun olaraq 10 fərqli səs çıxarda bilirlər.
  • Erkək qazlar dişi qazlardan böyük olur.
  • 12 metrəyə qədər dərinliyə dala və uyğun bir müddət ərzində suda nəfəslərini tutarlar.
  • Yumurta istehsalları yaşamları boyu ümumilikdə 40-210 ədəd arasında dəyişir. 
  • Qazlar haqqında maraqlı məlumatlardan biri isə… Yaxşı və güclü yaddaşları sayəsində həm gördükləri insanları unutmazlar, həm də qidalanmaq üçün kilometrlərlə uzağa gedər və itmədən geri qayıda bilərlər. Növləri içində ən zəki qaz Kanada qazı sayılır.
  • Onlarda tük yemək və yamyamlıq kimi digər canlı növlərində görülə bilən özəlliklərə rastlanmaz.
  • Uyğun şəkildə saxlanıldıqda nadirən xəstələnərlər. Bu baxımdan dayanıqlıdırlar.
  • Onları saxlamaq digər ev quşlarını saxlamaqdan daha ucuza başa gəlir. Və gəlir baxımından daha əlverişlidirlər.
  • Yumurta qoya bilmələri üçün lazım olan yerin ən azı 60×60 ölçüsündə olması gərəkdir.
  • Cücələr yaxşı havalandırılan, rütubətsiz yerdə saxlanılmalıdır.
  • İki həftəlik olana qədər cücələrin üzməyinə fürsət verilməməlidir.
  • İldə 30-40 yumurta verə bilirlər.
  • Bəzi qazlar aqresivdir və qoruyucu instinktləri ilə hərəkət edərlər. Buna görədə qazların hücumuna məruz qaldıqda an etibari ilə ya qazdan uzaqlaşmağa başlayın, ya da çox güclü göz təması qurun.
  • Bu quşlar boyun və kürəklərinin tumarlanmasını xoşlayarlar.
  • Qaz yağı A, E, D, K vitaminləri ilə zəngindir.

One thought on “Qazlar haqqında maraqlı məlumatlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!