Qazların saxlanılması, baxım və qulluq qaydaları

Ev quşları arasında qazlar öz ciddiliyi ilə fərqlənirlər. Onların seçimində və saxlanılmasında ciddi olun. Qazları saxlamaq və çoxaltmaq üçün öncə dəstədə münasibətləri, yemlənməsi haqqında ətraflı öyrənin. Onların hansı şəraitdə bəslənməsi, nə ilə yemlənməsi və gündə neçə dəfə yemlənməsi haqqında məlumatı olan insanlardan və ya başqa mənbələrdən öyrənin.

Erkək və dişi qazların seçilməsi
qazlar haqqında maraqlı məlumatlar agroeexpert.az

Dişi qazlar yumurta qoymağa başlayan kimi erkək qazlardan ayırmaq lazımdır. Çünki erkək qaz dəstədən bir dişi qaz seçir və digrləri ilə maraqlanmır. Erkək qazların qanadlarında iki kiçik lələk olur. Qayçıya oxşadıqları üçün bunlara qayçı deyilir. Dişi qazların isə qanadlarında 16-20 böyük lələyi olur. Belə lələkləri olan dişiləri ayırıb ailələrə bölmək lazımdır. Həmin ailələr isə 2-4 dişi və bir erkək qazdan ibarət olur.

Qazlar yanvar, fevral aylarında yumurtlamağa başlayır iyun-iyul aylarına qədər davam edirlər. bu dövretmə irqlərə görə dəyişsə də, 130 gün davam edir. Daha tez yumurtalamaları üçün yumurta sezonunda əvvəl qazların saxlandıqları yerdə hər gün 14-16 saat işıqlandırma etmək lazımdır. Qaz yumurtaları yuvalardan götürülməsə yumurtlayacaq qaz yuvaya girər və kürt yataraq yumurtlamağı kəsər.

Damazlıq qazlar digər qazlardan fəqlidir. Belə ki bu cins qazların üçün hovuz və ya suya ehtiyacları yoxdur. Bu cins qazlar quru yerdə də çox yaxşı cütləşirlər. Erkək və dişi qazların başqa cinslərdən olması yaxşı bala çıxarma və sağlam böyüməkləri üçün vacibdir. Bunun üçün başqa fermerlərlə əlaqə saxlayıb erkək qazları dəyişməlisiniz.

Bir hektar otlaqda bitki örtüyü və qazların böyüklüyündən asılı olaraq 20-40 arası qaz bəsləmək olur. Çəmənliyin 90 sm boyunda otla örtülü olmağı əsas şərtlərdəndir.

Damazlıq qazlara qarğıdalı piy yaratdığı və yumurtadan kəsdiyi üçün məsləhət bilinmir.

Qaz hinləri

Qazları saxlamaq bəzi ev quşları kimi çox xərc tələb etmir. Əgər saxlanılacaq hin qurudursa, uyğun bir havalandırma, işıq ola bilən bir yer kifayətdir. Qaz hinləri daha sadə hazırlana bilər. Axşam yatmağı üçün tülkü və başqa yırtıcıların girə bilməyəcəyi qəfəslər də kifayətdir. Qazlar qış aylarının havasına dözümlüdür. Yalnız fırtına və qasırğalardan qorumaq lazımdır.

Hindən əlavə qazların yumurtlaya biləcəyi yuvalara ehtiyac var. Onları əhilləşdirmək və qaydalara öyrətmək çox rahatdır. Yuva olmadıqda qazlar yumurtlamaq üçün ot, saman və lələklərindən yuva qururlar. Hazırlanacaq yuvanın ön və üst hissəsini qurmağa ehtiyac yoxdur.

Bəslənməkləri üçün qazlara qəfəs quşları kimi asılı yemlik və yer yemliyi qoymaq olar. Yem qabları yemlərin yağış, günəş və küləkdən qorunması üçün hində olması məsləhətlidir.

Su qabları qazlarda çox diqqət tələb edən məsələdir. Qazların su qabı qazın həm dimdiyini, həm də başını salması üçün dərin və geniş olmalıdır. Su qablarının altının daim quru qalması üçün taxtadan altlıq hazırlanmalı və üstünə qoyulmalıdır. Qazlar hər zaman təmiz və təzə içməli su ilə təmin olunmalıdırlar.

Qazlar yaxşı otlamağı bacaran quşlardır. Otlaqlarda olduqları zaman yemlərinin 30%-ni oradan təmin edə bilirlər.  Çünki ən tez ot yeyən quşlar onlardır. Otları kökündən kəsib yeyirlər. Hətta yumurtadan çıxdıqdan sonra bir həftəyə çəməndə otlamağa başlayırlar. Suda yaşayan quşlar olsalar da su olmadan da həmin yerə öyrəşirlər.

Qazlar təsərrüfat üçün sərfəli və faydalı ev quşlarıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!