Qazonun salınması və biçilməsi

Qazon – küçə, həyətyanı sahə, ofis əraziləri, parklar və b. sahələrin təmizliyi, gözəl görünüşü, yayda sərinliyi üçün əvəzedilməz vasitədir. Ona görə də dekorativ bağçılığı qazon sahələrsiz təsəvvür etmək mümkün deyil.

Qazonun yaradılması (salınması) xeyli əmək və vəsait sərf edən işdir.
agroexpert_az qazon - qazona qulluq

Qazon salınacaq sahə əvvəlcədən çox dəqiqliklə hamarlanmalıdır. Hamarlanmış sahəyə 5-7 sm qalınlığında məhsuldar, qidalı, yumşaq torpaq, yəni, yanmış peyin, torf, qidalı torpaq, şirəli qum (1:1:1:0,5) qarışdırılıb, hazırlanmış sahəyə yayılmalı və kipləşdirilməlidir. Torpaqiqlim şəraitindən asılı olaraq hər m2 sahəyə 50-70 q toxum səpilir. Səpin səriştəli işçilər tərəfindən aparılmalıdır ki, toxumlar sahədə bərabər paylana bilsin.

Səpinin ən münasib vaxtı sentyabr-oktyabr və mart-aprel aylarıdır.

Səpin sakit, küləksiz havada aparılmalı və toxumların üstü 1,5-2,0 sm qalınlığında, ələkdən keçirilmiş qidalı torpaq, torf qarışığı ilə örtülməli və narın yağışyağdırma üsulu ilə bol suvarılmalıdır.

Toxumların tez və kütləvi cücərməsi üçün sahə səhərlər və axşamlar bol suvarılmalıdır. Cücərti alındıqdan sonra, suvarma yalnız axşamlar aparılmalıdır.

Qazona qulluq işləri

Qazonun daimi təravətli, gözəl və uzunömürlü olması üçün ona bütün il boyu xüsusi qulluq edilməlidir.

Mühüm olan qulluq işləri: Biçilməsi.

Təzə səpilmiş qazonun 1-ci biçini nisbətən hündür (5-6 sm hündürlükdə), sonrakı biçinlər isə otun hündürlüyü 5 sm-dən çox olduqda aparılır. Qazon çox uzandıqda bitkilərin uc hissələri saralaraq dekorativliyi itir. Vaxtlı-vaxtında biçildikdə isə həmişə bir bərabərdə və zümrüdü-yaşıl rəngdə qalır. Qazonun biçini günün sərin vaxtlarında, axşam saatlarında aparılmalıdır ki, otların zədələnmiş uc hissələrini günəş şüası yandırıbsaraltmasın.

Əgər qazon dekorativ paxlalı bitkilərlə qarışıq yaradılıbsa, o halda biçin kütləvi çiçəkləmə qurtaran kimi aparılır. Biçilmiş hissələr dərhal sahədən yığılmalıdır. Əks halda kiflənərək, qalan bitkiləri çürüdə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!