Qazonun yemləndirilməsi və havalandırılması

Qazon sahələri tez-tez suvarıldığından torpaqdan qida maddələrinin yuyulması prosesi sürətlə gedir. Digər tərəfdən tez-tez biçildiyindən biçilmiş kütlə ilə bərabər torpaqdan qida maddələri aparılır. Bu səbəblərdən də qazon sahələri mütəmadi olaraq yemləndirilməlidir.

Yemləndirmə payız-qış ayları peyin, peyin şirəsi, torf, fosfor və kaliumlu gübrələrlə, yaz-yay ayları isə əsasən azot tərkibli, az miqdarda fosfor, kalium tərkibli gübrələrlə aparılmalıdır. Torpaq qidasından və gübrənin tərkibindən asılı olaraq illik yemləmə gübrələri norması aşağıdakı kimidir:

  • 1m2 sahə üçün: peyin və ya torf, yaxud kompost – 2-3 kq, verilmə vaxtı – noyabr ayı.
  • Fosforlu gübrə – 50-70 q, ümumi normanın 70%-i oktyabr-noyabr ayları, 30%-i isə mart ayı.
  • Kaliumlu gübrələr – 30-50 q, 70% oktyabr-noyabr aylarında, 30% mart ayında.
  • Azotlu gübrələr – 30-40 q, may, iyun, iyul ayları.
Qeyd olunmalıdır ki, qazona gübrə səpilib qurtaran kimi dərhal suvarılma aparılmalıdır ki, gübrə bitkinin üstündə qalıb yanıqlıq əmələ gətirməsin.

Tez-tez suvarıldığından sahə çimləşib bərkiyir və bitkinin köklərinin havalanması çətinləşir. Nəticədə bitkidə torpaq havasızlığındanirəli gələn saralmalar başlayır və qazon zəifləyir. Qabaqlayıcı tədbir olaraq ildə 1-2 dəfə deşici alət və ya aqreqatlarla qazon sahələri işlənməlidir. Kiçik sahələrdə bu iş (havalandırma) ot yabaları ilə, iri sahələrdə isə bu iş üçün ixtisaslaşdırılmış aqreqatla həyata keçirilir.

Qazon sahələrinin mütəmadi suvarılması, alaq otlarından və zibildən vaxtaşırı təmizlənməsi və b. işlər də vacib aqrotexniki tədbirlərdəndir.

Qazonun yaz-yay qayğıları onun suvarılması və biçilməsidirsə, qış qayğıları da rənginin dəyişərəkbozarması və saralmasıdır. Qışda qazonun saralması bir neçə səbəbdən baş verir:

  1. Torpaq zəif qidalıdır,ona görə də soyuq havaların təsirindən bitkilər saralır. Belə sahələrəoktyabr-noyabr aylarında üzvi və mineral gübrələr verilməlidir;
  2. Sahə ağır-gillicəli torpaqlıdır, bitki kökləri normal havalanmır. Bu halda noyabr və fevral aylarında ildə 2 dəfə olmaqla torpaq havalandırılmalıdır;
  3. Qış şaxtalarının təsirindən. Qazona payızdan ələnmiş peyin səpildikdə, bitkilər qış şaxtalarından mühafizə oluna bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!