Qəbzliyə faydalı məhsullar
Qəbzliklə yaşamağa məcbur deyilsiniz… Bəzi təbii qida və həyat tərzində kiçik dəyişikliklər bu problemi həll etməyə kifayət edir.
Prof. Dr. Mustafa Öncəl, “Praktikada xəstələri incələdikdən sonra onlara 4 tövsiyyə edirəm. Onlar:
-
Maye qəbulunu artırmaq:
Qəbzliyin əsas səbəblərindən biri yetərsiz maye qəbuludur. Gündəlik 2-3 litr su içmək vacibdir
-
Lifli məhsullarla qidalanmaq:
Səbzə, göyərti, meyvələr (qabığı ilə), ərik xüsusən çox faydalıdır. Əti göyərti ilə yeməyə çalışın.
-
Bağırsaqlara zülm etməyin:
Stres bağırsaqlara çox zərərlidir. Qadınların özəl günlərdə bağırsaq problemləri ilə üzləşməsi də bir faktdır. Artıq çəki həmçinin bağırsaq problemlərinə səbəb olur. Düzgün yürüyüş, qəbzliyə faydalı olur. Həftədə 5 gün, ən azı 20 dəqiqəlik idman etməyə çalışın.
-
Ayaqyolu vərdişi:
Bütün insanlarda “gastrolojiq refleks” mövcuddur. Bu refleks yeməkdən 15-30 dəq sonra ayaqyolu ehtiyacı əmələ gətirir. Bax bu bədən saatını vərdişə salmaq da qəbzliyə son qoymaqda vacibdir.”
Qəbzlikdə istifadə olunan təbii qidalar:
Alma, ərik, qaysı: Kompotu vəya təzə meyvəni qabığıyla qəbul etmək. (Meyvə qabığında çoxlu liflər olur)
Əncir, üzüm: Yüksək lifə sahib olan bu meyvələr bağırsaqlardakı toksik maddələir qovur. Bunları təzə, quru meyvə şəklində qəbul edə bilərsiniz. Üzümü qabığı və dənələri ilə birlikdə yeyin. Şəkəri olanlar biraz diqqətli olsun.
İspanaq, kəvər, kələm: Mineral və vitaminlərlə zəngin olmaqla yanaşı, həzmi rahatlaşdırıb, qəbzliyə mane olurlar.
Zeytun yağı: Həzmi çox asan olduğu üçün maddələrin bağırsaqlar tərəfindən çox yaxşı əmilməsinə və düzənli çalışmalarına yardımçı olur.