Qədim rəsm əsərləri ilə bitkilərin genetikasının araşdırılması

Belçikadan olan bir qrup elm adamı maraqlı təklif irəli sürüblər.

Onların fikrincə, sənət əsərlərinin ətraflı təhlili ilə müasir meyvə və tərəvəzlərdə dəyişikliklərin mənşəyini və prosesini müəyyənləşdirmək mümkündür.

Bu barədə “The Guardian”-da məlumat verilib.

Kclara Petersin təsvir etdiyi şirəli üzümlərdən tutmuş Sezannanın rəsm etdiyi rəngli almalara qədər bir çox meyvələr və tərəvəzlər əsrlər boyu saysız-hesabsız kətanlarda öz əksini tapdı. Belçika tədqiqatçıları, meyvə və tərəvəz sənayesinin tarixən necə inkişaf etdiyini anlamaq qərarına gəliblər. Onlar bunun üçün ictimaiyyəti bu cür rəsm əsərlərini onlara təqdim etməyə çağırırlar.

Alimlərin fikrincə, bu metod heykəltəraşlıq və təsviri incəsənət də daxil olmaqla dünyanın sənət sahələrinə indiyə qədər istehlak edilən bütün meyvə, tərəvəz, paxlalılar, taxıl, qoz-fındıq və toxumun ən böyük tarixi məlumat bazası, kolleksiyası kimi baxılmasına imkan verir.

Məsələn, bu yanaşma artıq yerkökünün yalnız 17-ci əsrin əvvəllərindən etibarən məşhur bir tərəvəzə çevrilmədiyini sübut edib.

Belçikalı alimlər qrupun tədqiqatçısı olan Yves de Smet, narıncı yerkökünün daha əvvəllər də mövcud olduğunu və geniş istifadə edildiyini deyir. Bunun sübutu kimi isə yerkökünün bir çox Bizans dövrünə aid rəsm əsərlərində təsvir olunmasını göstərir.

De Smet hesab edir ki, bu cür tapıntıları genetik tədqiqatla birləşdirmək maraqlı və faydalı nəticələr verə bilər. Tətqiqat komandası bu yanaşmanı “ArtGenetics“  adlandırıb.

Mütəxəssislər qrupu rəsmlərin və genetikanın bir-birini tamamladığını sübut etdi. Digər bir misal kimi, qədim Misir şəkillərində olan yaşıl zolaqlı qarpızların, fironların məzarından olan 3500 illik bir qarpız yarpağının genetik analizinin nəticələrini təsdiqləyir. Qarpızın elə Qədim Misir dövründə də yetişdirildiyi və o vaxtlar da şirin, qırmızı olduğu təxmin edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика