Qəhvə çəyirdəyinin yetişdirilməsi və qəhvə istehsalı
Günün başlanğıcında, söhbət etdiyimiz, dincəldiyimiz və ya işlədiyimiz zaman bizi müşayiət edən qəhvənin qəhvə çəyirdəklərindən hazırlandığını hamımız bilirik. Hətta bəzən bu çəyirdəkləri ağzımıza atıb qəhvənin aromasını almağa çalışırıq. Bəs heç bu çəyirdəklərin necə yetişdirildiyini bilirsiniz?

Bu məqaləmizdə sizə qəhvə ağacları, qəhvə çəyirdəklərinin necə və hansı mühitdə yetişdirildiyi haqqında məlumat verəcəyik.
Qəhvə “rubiaceae” (kökboyasıkimilər) ailəsinə aid altı mindən çox alt növü olan ağaca bənzəyən bir bitkidir. Qəhvə əkinçiliyi etmək üçün ortalama temperatur 18 ilə 24 dərəcə olan və bol yağışlı bir iqlim tələb olunur. Ani temperatur dəyişiklikləri qəhvə ağacına zərər verir. Bu səbəblərə görə “qəhvə ağacı” da adlandırılan bu bitki tropik iqlimin ən vacib kənd təsərrüfatı məhsullarından birinə çevrilib
Orta hesabla hündürlüyü on metr və ya daha çox olan qəhvə ağaclarından məhsulu daha rahat yığa bilmək üçün onu budayırlar. Bu zaman o daha qısa olur və məhsul daha asan yığılır. Bir qəhvə ağacı əkildikdən sonra orta hesabla 3-4 ilə meyvə verməyə başlayır və təxminən 35-40 il ərzində meyvə verməyə davam edir.
Qəhvə ağacının çiçəkləri ildə iki dəfə çiçək açır və açıldıqdan bir neçə saat sonra solaraq qəhvə meyvəsinə çevrilməyə başlayır. Yetişmiş bir qəhvə meyvəsi 14 gündən sonra çürüməyə başlayır. Bu zaman dilimlərindən də anlaşıldığı kimi, qəhvə təsərrüfatının çox diqqət və səy tələb edən əkinçilik forması olduğu açıq-aydın anlaşılır.
Qəhvə meyvəsi formasına, ölçüsünə və rəng oxşarlığına görə “qəhvə albalısı” adlanır.
Meyvənin içərisində iki qəhvə çəyirdəyi olur. İki çəyirdəyin düz tərəfi bir-birinə baxır, xarici tərəfi isə yuvarlaq olur. Haqqında danıdığımız qəhvə çəyirdəkləri nazik bir təbəqə ilə örtülmüş olur. Bəzi qəhvə ağaclarında meyvənin içərisində iki yox, yalnız bir çəyirdək olur.
Bir çəyirdəkdən ibarət olan bu qəhvə çəyirdəyi “peaberry” adlanır. Bu çəyirdək digərləri ilə müqayisədə daha yuvarlaq bir formaya sahib olur. Digər qəhvə çəyirdəkləri ilə müqayisədə fərqli bir istehsal prosesindən keçən peaberry qiymətləri, əlbəttə ki, digər çəyirdəklərlə müqayisədə daha baha olur.
Bizə fərqli ləzzətlər verən qəhvə ağacları qeyd etdiyimiz kimi, əsasən tropik iqlim bölgələrində yetişdirilir. Torpaq, aldığı su, günəş qəbul etmə müddəti və nəm səviyyəsi qəhvənin dadını və ətrini dəyişdirir. Məsələn, qəhvə banan ağaclarının kölgəsində yetişdirildikdə dadı daha aromatik olur, vulkan yamaclarında böyüdülən qəhvə çəyirdəklərindən isə kül qoxusu gəlir. Bəzi qəhvələrdən aldığımız portağal və ya tropik meyvə ləzzətləri də məhz bu torpaqların xüsusiyyətlərindən irəli gəlir.
Qəhvə çəyirdəkləri növləri çox olsa da, ən çox yayılanı bu iki növdür;
- Coffea Arabica
- Coffea Canephora
Arabica növü dünya qəhvə bazarlarının əksəriyyətində yetmiş faiz paya sahibdir. Braziliya qəhvə istehsalında dünya lideridir.
Yəqin ki, bir çoxunuz qəhvənin bu cür həssas bir bitkinin meyvələrindən hazırlandığını bilmirdiniz. Onun bir neçə saat içində solan çiçəkləri, torpağa, günəşə və suya olan tələbatı, emalı və bütün digər proseslər qəhvənin belə dəyərli və ləzzətli olmasına səbəb olur.
Növbəti məqaləmizdə sizə qəhvənin faydaları haqqında məlumat verəcəyik.