Qeyri-adi ləzzət: Şüşə butulkada toyuq (RESEPT)

Nar kimi qızaran, qeyri-adi bişirilmə qaydasıyla yediyiniz bütün toyuqları unutduracaq bir ləzzət..Şüşə bir qabda bişən toyuğun bütün evinizi bürüyən xoş ətiri sizi iştaha gətirəcək. Agroexpert.az şüşə butulkada bişən ləzzətli toyuq reseptini təqdim edir.

şüşə butulkada toyuq
 Tərkibi:
  • 1 ədəd orta ölçülü bütöv toyuq
  •  1 ədəd 1 lt-lik şüşə butulka
  •  6 diş sarımsaq
  •  1 ədəd limon
  •  1 çay qaşığı şəkər tozu
 Kartoflar üçün:
  • 5-6 ədəd kartof
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı qırmızı istiot
  • 2 çay qaşığı kəklikotu
  • 2 çay qaşığı cirə (kimyon)
  • 2 çay qaşığı istiot
  •  4 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası:

İlk öncə toyuğu yaxşıca yuyun.  Sarımsaqların qabıqlarını soyun vətoyuğun üzərindən bir neçə fərqli yerlərdən bir bıçaq köməyi ilə oyuqlar atın. Bu oyuqlara sarımsaqları yerləşdirin. Limonun suyunu sıxın və bu suyla toyuğu yaxşıca ovun. Sıxdığınız limonun qabıqlarının iç qisimləri ilə də toyuğu ovxalayın. Ardından 1 çay qaşığı şəkər tozunu əlinizdə əzərək, limonla  ovuşdurduğunuz toyuğun hər yerinə yayın. Şüşə butulkanın 3/2 hissəsini su ilə doldurun və toyuğu şüşəyə oturdun. Şüşənin ağız hissəsinin açıq qalmasına diqqət edin. Bir soba sinisinə  yağlı kağızsərin və toyuğu keçirdiyiniz şüşə butulkanı sininin orta hissəsinə yerləşdirin.

Kartofları yaxşıca yuyun,qabıqlarını soymadan iri doğrayın. Kartoflar üçün lazım olan  ədviyyatları və zeytun yağını üstlərinə gəzdirin və yaxşıca qarışdırın. Ədviyyat vurduğunuz  kartofları siniyə qoyduğunuz toyuğun ətrafına səliqə yerləşdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya sinini  yerləşdirin və 1 saat ərzində bişməyə qoyun. Kartoflar toyuqdan axan sularla bişdikdə,toyuq nar kimi qızardıqda sinini sobadan götürün. Toyuğu şüşədən ehtiyyatla  çıxarıb bir boşqaba qoyun. Ətrafına kartofları yerləşdirin və isti- isti süfrəyə verin.

Nuş olsun!

Qeyd: Şüşə butulkada toyuq yeməyini hazırladıqda toyuğu şüşəyə keçirdikdə şüşəninağız hissəsinimütləq açıq saxlayın. Əks təqdirdə şüşə butulka sobanın içərisindəki təzyiq nəticəsində partlaya bilər. Bundan başqa, limon suyu və limonun qabığının iç hissəsinə toyuğu yaxşıovulmaq ləzzətinə ləzzət qatacaqdır. Limon və şəkər tozu əvəzinə damaq zövqünüzəgörə, pomidor tomatı və  qatıq qarışığı da istifadə edə bilərsiniz. Bu toyuğu bişirmək üçün böyük ölçülü bir sobanız olmalıdır, əks təqdirdə toyuğu şüşəyə yerləşdirdikdə sobaya sığdıra bilməzsiniz.

suse butulkada toyuq

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!