Qeyri-adi turşu: Şaftalı turşusu (RESEPT)

Şaftalı meyvəsindən mürəbbə, cem hazırlanır, hətta şirniyyatlarda istifadə edilir. Bəs şaftalıdan turşu hazırlandığını bilirdinizmi? Bu resept sizin üçün fərqli ola bilər, ancaq sınamaqda fayda var. Agroexpert.az qeyri-adi dada malik şaftalı turşusunun reseptini təqdim edir.

şaftalı turşusu
Turşu üçün lazım olanlar:
  • 10 ədəd orta böyüklükdə şaftalı
  • 6 ədəd darçın çubuğu
  • 2 xörək qaşığı dənə istiot
  • 1,5 xörək qaşığı mixək 
  • 2 çay qaşığı doğranmış zəncəfil
  • 2 diş sarımsaq
  • 2 stəkan şəkər tozu
  • 1 stəkan sirkə
  • 1 xörək qaşığı qaya duzu
Turşunun hazırlanma qaydası:

Bankanın yarısı qədər isti suyu bir qaba tökün. Üzərinə sirkə, duz, istiot və şəkər tozunu əlavə edib qarışdırın. Yuyulmuş şaftalıları, doğranmış zəncəfili, mixəkləri, qabığından təmizlənmiş sarımsaqları və darçını boşluq qalmayacaq şəkildə bir bankaya sıxışdıraraq yerləşdirin. Daha sonra su qarışığını üzərinə tökün. Əgər banka suyla dolmadısa təmiz içməli su ilə tam  doldurub qapağını bağlayın. Bir həftə sonra şaftalı turşusu hazırdır.

Nuş olsun!

Digər turşu reseptləri ilə bu bölməmizdən tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика