Qida zəhərlənmələrinin ən təhlükəlisi-qarpızdan zəhərlənmə

Qarpız yayın əvəz olunmaz və ən məşhur giləmeyvəsidir. Mövsümü iyul-avqust ayları olmasına baxmayaraq, may ayından bazarlarda görünməyə başlayır.

Qarpız orqanizmamız üçün kifayət qədər faydalı və lazımlıdır. B1, B2, C vitaminləri, dəmirlə zəngindir. Tərkibin 92%-ni su təşkil edir. Bu səbəbdən də böyrəklərin yaxşı çalışmasına imkan yaradır. Susuzluğu aradan qaldırır, həzmə yaxşı kömək edir, qanı durulaşdırır.

Orqanizmimiz üçün xeyli faydalı olmasına rəğmən təhlükəli giləmeyvədir.

Bəzən insanlar qarpız yedikdən sonra həyati təhlükə yaşayırlar. Yəni, qarpızdan zəhərlənmə halı baş verir.

Bəs zəhərlənmənin baş vermə səbəbi nədir?

Qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi sayılır. Fəsadları uzun müddət davam edir.

Ilk olaraq onu qeyd edək ki, qarpız da digər meyvə tərəvəzlər kimi yuyularaq doğranılmalıdır. Nəzərə almalıyıq ki, torpaqda bitir və açıq hava satışa verilir və satılır. Adətən evdə onu yumadan kəsirlər. Bu da ilkin fəsadı yaradır. Yuyulmadan kəsilən qarpızın içinə mikroblar düşür. Və bu da bir çenə saat sonra öz təsirini göstərir. Qarpızdan zəhərlənmə baş verir. qarpızdan zəhərlənmə halları

Digər səbəblər.

Mövsümündə yeyilməsi məsləhətdir. Mütəxəssislər bildiri ki, qarpızın Azərbaycanda yetişmə dövrü iyul-avqust aylarına təsadüf edir. Bu səbəbdən də, vaxtından əvvəl istixanalarda, xüsusu şəraitdə, gübrələrin tətbiqi ilə yetişdirilən məhsulların istehlakı məsləhət görülmür.

Qarpız alarkən onun zərərsiz olduğunu üzərinə baxarkən də təyin etmək mümkündür. Belə ki, təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən “küp” səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır.

Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqamlara diqqət etmək lazımdır.

Qida rasionuna düzgün əməl edilməlidir. Bəzən zəhərlənmə qarpızdan deyil, ondan öncə yeyiləndən yaranır. Sadəsə qarpız son yeyilmiş qida olduğundan şübhələr ona yönəlir.

Qarpızdan zəhərlənmə zamanı ilkin tibbi yardım necə olmalıdır?

Ilk olaraq mədə yuyulmalıdır. Xəstə süni şəkildə qusdurulmalı, imalə olunmalı, toksinlər bədəndən xaric edilməlidir. Zəhərlənən şəxsin çoxlu maye qəbul etməsi məsləhətdir. Bu da mədənin bir növ yuyulmasıdır. İlkin yardım kimi bunu ev şəraitində etmək olar və bu proses özü həkim yardımı qədər vacibdir. Bundan sonra xəstə hökmən xəstəxanaya çatdırılmalıdır. İstənilən zəhərlənmə zamanı həkimə müraciət edilməlidir ki, sonra onun fəsadları əziyyət verməsin.

 

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673