Qırmızı kələmin faydaları nələrdir?

Qırmızı kələmin faydaları

Qırmızı kələmin faydalarının yaşıl kələmdən daha çox olduğu məlumdur. Ümumiyyətlə bənövşəyi rəngli qidaların faydalılığının çox olmasını alimlər tez-tez xatırladır.

qırmızı kələm haqqında agroexpert.az

Orqanizmanızı bütün zərərli təsirlərdən təmizləyəcək və immunitet sisteminizi gücləndirəcək bir qida axtarırsınızsa ən ağıllı seçim qırmızı kələmdir.

Qədim zamanlarda loğmanlar qırmızı kələmin faydalarını kələmin ay işığında böyüməsindən təsirlənərək “ayın gücü” olduğunu deyirdilər. Müasir qida mütəxəsisləri isə kələmin gücünün C vitamini və yüksək miqdarda kükürd tərkibli olması ilə əlaqədar olduğunu bildirirlər.

Bu yazımızda sizlərlə qırmızı kələmin faydaları haqqında məlumatları bölüşəcəyik. Qırmızı kələmın insan orqanızmasına necə müsbət təsirləri olduğunun az sonra şahidi olacaqsınız.

Qırmızı kələmin faydaları nələrdir?
  • K vitamini və antosiyanin zəngin olduğu kələm beyin funksiyalarını işlətmək və konsentrasiyanı(diqqəti) artırmaq təsirinə malikdir. Kələmin beynə təsiri ilə fikir dağınıqlığı aradan götürülə bilər. Bu iki tərkib həm də sinir sisteminin zədələnməsindən və Alzheimer kimi xəstəliklərdən qoruyur.
  • Çəki azaltmaq problemi olan insanlar tərəfindən seçilən çox aşağı kalorili bir qidadır.
  • Liflə zəngin olan qırmızı kələm dietoloqlar tərəfindən məsləhət bilinən ideal bir qidadır.
  • Elm adamlarının araşdırmalarına görə, qırmızı kələm istehlak edən insanların mədə, ağciyər, dəri və qalın bağırsaq xərçəngi olmaları bu tərəvəzi yeməyənlərə nisbətən daha azdır. Belə ki, qırmızı kələm xərçəng önləyici qidadır.
qırmızı kələm agroexpert.az
  • Qırmızı kələmin başqa bir faydası gtoksinlərin bədəndən xaric olmasını sürətləndirməsidir. Məlum olduğu kimi gtoksinlər revmatizm, artrit, dəri xəstəlikləri və osteoxondroz xəstəliklərinə səbəb olur. Və qırmızı kələm bu xəstəliklərin də önlənməsində mühüm rol oynayır.
  • İmmunitet sisteminə birbaşa təsir edərək immunitet sistemini gücləndirir və vücudun xəstəliklərə qarşı müqavimətini artırır.
  • Damarları genişləndirərək qan dövranını rahatlaşdırır. Bununla insanı ürək xəstəlikləri və damar xəstəliklərindən qoruyur.
  • Bəlğəm təmizləmə xüsusiyyəti olan qırmızı kələmin daha bir faydası da yumşaltmaq və həzmetdirmək funksiyasıdır.
  • Baş ağrılarına müsbət təsir göstərir. Qırmızı kələmin yarpaqlarını ağrıyan başa kompres edilsə ağrını kəsir.
  • Qırmızı kələmin toxumu bağırsaq qurdunu tökdürür və sidikqovucu təsirə  malikdir.
  • Bol miqdarda kükürd tərkibli olduğuna görə səpki və sızanaqlara müsbət təsir edir.
  • Tərkibində olan bol miqdarda antioksidan maddəyə görə katarakta və iflic riskini azaldır.
  • Avropa ölkələrində qırmızı kələm suyu mədə xoralarının müalicəsi üçün istifadə olunur.
  • Tərkibindəki fol turşusu olan qırmızı kələm həmilə qadınlarda onurğasının bir tərəfi açıq olma xəstəliyi olan uşaq doğurmaqdan xilas edir.

Qeyd edək ki, qırmızı kələm bədənin yod sovurduğu üçün yeyilən zaman orqanizmada yodu azaldır. Buna görə də həftədə 3-4 dəfə qırmızı kələm yeyən adamlar əlavə yod qəbul etməlidirlər. Bədəndə azalan yodu təmin etmək üçün yodlu duz istifadə edə və ya yod ilə zəngin bitkiləri qırmızı kələmlə bərabər qəbul edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика