Qış aylarında immuniteti necə qaldırmalı

agroexpert_saglamliqQış aylarında bir çoxlarımızda immunitet sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün ilk növbədə düzgün, kifayət miqdarda və balanslı şəkildə qidalanmaq lazımdır. Soyuq havalarda immunitet zəiflədiyindən vitamin və minerallarla zəngin, sulu qidaların qəbulu çox əhəmiyyətlidir.

Güclü immun sisteminə sahib olmanın ən asan yolu sağlam həyat tərzidir. İmmun sistemimizi zəiflətməmək üçün sizi stressə salan faktorlardan özünüzü qorumalı, alkoqol və nikotinin təsirindən uzaq olmalı, balanslı və nizamlı qidalanmalı, mütəmadi şəkildə idmanla məşğul olmalısınız. Ancaq bəzi hallarda bu vasitələr yetərsiz qalır və immun sistemini qaldırmaq üçün dərman preparatlarına ehtiyac yaranır. Preparatların qəbulunu azaltmaq və ya əvəzləmək üçün aşağıdakı qaydalara əməl edə bilərsiniz. Bütün hallarda immuniteti artırmaq üçün istifadə etdiyiniz preparatları həkim məsləhəti ilə qəbul etməlisiniz.

SOYUQ HAVALARDA…

  • Qida dəyəri daha yüksək olduğu üçün, mövsümündə yetişən təzə meyvələri və tərəvəzləri yeyin. Pomidor, xiyar, bibər qışa xas olmayan tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır.
  • Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı (sürvə) və itburnu  bitki çayları için.
  • Gündə 1,5-2 litr maye qəbul edin.
  • Kivi, portağal, gül kələm, ispanaq meyvə və tərəvəzləri C vitamini ilə zəngindir və bunlara üstünlük verməyiniz daha yaxşıdır. C vitamini itkisinin qarşısını almaq üçün salatlar və meyvə suları hazırlanan kimi dərhal qəbul edilməlidir.
  • Həftədə 2 dəfə balıq yeyin. Həmçinin balıq yağı qəbul etmək də məsləhət görülür.
  • Normal miqdarda zülal qəbul etmək üçün qida rasionunuzdan süd, qatıq, pendir, ət məhsullarını əskik etməyin.
  • Çox şirin və şəkərli qidalardan az istifadə edin.
  • Çipsilər,  kolbasa, sosiska məmulatları, yağlı ətlər və həddindən artıq yağlı qidalardan uzaq durun.
  • Qızardılmış, qovurulmuş qidalar qəbul etmək yerinə, buxarda bişirilmiş və ya qaynadılmış qidalara daha çox üstünlük verin.
  • Soyuq aylarda enerji qaynağı sayılan və B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir.

İmmuniteti qaldırmaq üçün:

 2 alma, 2 kök, 1 çuğundurun şirəsi, 1 yemək qaşığı quşüzümü və ya limon suyunu qarışdırın. Bu qarışığı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

Ehtiyatlı olun:

  • Hamilə qadınlara və qanda hemoqlobinin miqdarı normadan yüksək olan insanlara sarımsaqdan çox  istifadə etmək məsləhət görülmür.
  • Mayaotu zəhərli bitki olduğundan, ondan istifadə edərkən dozasına fikir vermək lazımdır.
  • Aloe ( əzvay) bitkisi qaraciyər və öd kisəsi xəstəlikləri, babasil, uşaqlıq qanaxmaları, sistit (sidik kisəsinin iltihabı) və hamiləlik zamanı əks-göstərişdir.
  • Jenşen (həyat kökü) bitkisi yuxusuzluq, baş ağrıları və ürəkdə ağrılara səbəb ola bilər. Onu ancaq ilin soyuq aylarında qəbul etmək məsləhətdir.
  • Dazıotundan uzun müddətli istifadə damarların daralmasına səbəb olur və qan təzyiqini qaldırır.
  • Gicitkən təzyiq xəstələri və aterosklerozdan əziyyət çəkənlər üçün əks-göstərişdir. Qanaxmalar zamanı və uşaqlıqda şiş olduqda da gicitkəndən istifadə etmək təhlükəlidir.
  • Limon nevroz xəstələrinə və ürəyin fəaliyyətində qüsurlar olduqda məsləhət görülmür. Bu bitki həmçinin yuxusuzluğa səbəb olur.
  • Biyan kökünü mütəmadi qəbul etdikdə arterial təzyiqi qaldırır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107