Qış salatı: Tərəvəzlə göbələk

Bugün biz sizinlə izləyicilərimizdən birinin xahiş ilə tərəvəzlə göbələk salatının reseptini bölüşmək istəyirik. Təqribən 2 saat müddətinə hazırlanır.

Salat üçün nələr tələb olunur?

Tərkibi: göbələk – 1,5 kiloqram, pomidor – 1 kilogram, 5 ədəd bolqar və 3 ədəd acı bibəri, 5 diş sarımsaq, 1 yemək qaşığı duz (zövgünüzə görə dəyşir) və yarım stəkan  günəbaxan yağı.

Qablaşdırma üçün: bankalar, dəmir qapaqları və qapaqları bağlamaq üçün maşın.

Tərəvəzli göbələk salatın hazırlanması

agroexpert_qis-salatigobelekile1. Tərəvəzləri bir araya toplayın, təmizləyin, yuyun və zövqünüz üçün göbələyi hissələrə bölün. Göbələk olan qazanı orta temperaturda istilik verən qazın üstünə qoyun və 7-10 dəqiqə bişirin. Sonra onları süzgəc vasitəsi ilə suyunu süzün. Süzülmüş göbələyi quru halda qızdırdığınız qovurma qabına qoyun, arada bir qarışdıraraq, suyu tamamilə buxarlaşana qədər orta istilik üzərinə qızardın. 

2. Qalan tərəvəzləri hazırlamağa davam edin. Yəni pomidorların qabıqlarını soyun, bibərləri təmizləyin və sarımsağın qabıqlarını soyun.

Daha sonra onları ətçəkən maşından keçirdin. Bir qaşıq duz və 10 qaşıq günəbaxan yağı əlavə edin. Hazırladığınız tərkibi yaxşı qarışdırın və yarım saat kənarda saxlayın ki, suyu çıxsın. 

3. Yarım saat keçdikdən sonra tərəvəzləri təxminən 5-7 dəqiqə orta istidə bişirin. Sonra hər dəfə qarışdıraraq göbələkləri əlavə edin və bu halda 50 dəqiqə bişirin. Göbələklərin hazır olmağını yoxlayın. Əgər yumşaqdırsa, demək hazırdı. 

Qazanı qazın üzərindən götürün. Bankaları əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi soda ilə yuyun. Salat soyduqdan sonra, bankalara yığın. Qapaqları xüsusi maşınla baqlayın. Bərk olduğunu yoxlamaq üçün bankaların başını aşağı çevirin. Qışa qədər sərin, qaranlıq yerə qoyun.

Nuş olsun!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!