Qış xəstəlikləri və qripdən qorunmağın yolları
Qış aylarında soyuq havanın da təsiri ilə immunitet zəifləyir və daha tez-tez xəstələnirik. Üstəlik, qidalanma rejiminə diqqət etmədikdə və səhv dərman qəbul etdikdə sağalmaq müddəti uzanır.
Qış xəstəliklərinə tutulmamaq riskini azaltmaq sizin əlinizdədir. Havaların soyuması ilə bədən müqaviməti düşür və immunitet zəifləyir. Bu halda xəstəliklərə tutulma riski artır. Halbuki, xüsusən qış dövründə yuxusuz qalmamaq, qidalanma rejiminə diqqət etmək və ən önəmlisi əsas gigiyena qaydalarına diqqət etmək lazımdır.

Hava şərtlərinə uyğun geyinmək
Hava şərtlərinə görə geyimə diqqət etmək, xəstəliklərə qarşı tədbir almaq məsələsində mühüm amildir. Qış mövsümündə insanların xəstələnməsinin ən böyük səbəbi üşütmələrdir. Mövsüm şərtlərinə uyğun bir şəkildə geyinmək üçün paltar seçimlərinizi edərkən isti tutan yun parçadan tikilmiş geyimlərə üstünlük verməlisiniz. Çox nazik geyinib üşütmək qədər, çox qalın geyinib tərləmək olmaz. Bu səbəblə hava şərtlərinin tələb etdiyi ölçüdə geyinmək kifayətdir. Xüsusən küləkli və soyuq havalarda şərf, əlcək və papağınızı yanınızdan ayırmayın.
Düzgün qidalanmaq
Qış aylarında xəstəliklərdən qorunmağın və tez sağalmağın ən mühüm qaydalarından biri qidalanma rejiminə diqqət etməkdir. Enerjini saxlamaq, immuniteti gücləndirmək üçün qidalanma vərdişi yaxşılaşdırılmalıdır. Balanslı vitamin və mineral qəbulunu təmin etmək üçün qış qidalanma siyahınızda nizamlı bir şəkildə bunları etməlisiniz:
- Tərəvəz şorbası, toyuq suyu və sümük suyu şorbası bişirmək
- Balıq yemək
- Mövsümündə tərəvəz və meyvələr yemək
- Bitki çayı, qış çayı hazırlamaq
- Gündə ən az 2 litr su içmək
- Süd içmək

Qeyd: Balanslı və sağlam qidalanmağı sadəcə qış aylarında deyil, həyatınızın hər dövründə vərdiş halına gətirməyi tövsiyyə edirik.
Müdafiə sistemini canlandırıcı xüsusiyyəti çox olan A və C vitamini kimi vitamin qiymətləri yüksək olan qidalar xüsusilə qış ayları ərzində qidalanma siyahısında mütləq olmalıdır. Bu vitamin sizi qış dövründə qarşılaşacağınız infeksiya risklərinə qarşı qoruyur.
A vitamini ən çox cəfəri, ispanaq, yerkökü, portağal kimi tərəvəz və meyvələrdə olur. Xüsusən meyvə olaraq qreypfrut, portağal və naringi kimi C vitamini olan meyvələrə üstünlük verməlisiniz. Tərəvəz kimi də kəvər və ispanaq kimi tərəvəzləri mətbəxinizdən əskik etməməkdə fayda var. Gün ərzində çay və qəhvə çox içmək əvəzinə təzə sıxılmış portağal şirəsi, süd və ya bitki çayları istifadə edin. Balıq, yumurta, kərə yağı, qaraciyər və qırmızı ətdən ala biləcəyiniz D Vitamini qış aylarını daha rahat keçirməyinizdə təsirli ola bilər. Balqabaq, inək südü, pendir, düyü və banan istifadə etmək K vitamini dəstəyi verə bilər.
E vitamini də immunitet sisteminin möhkəmləndirilməsində əhəmiyyətli dərəcədə təsirlidir. Antioksidant təsiri olan E vitamini xüsusən yaşlıların immunitet sistemini gücləndirən bir quruluşa malikdir. E vitaminin ən yaxşı mənbələri; Yaşıl yarpaqlı tərəvəzlər, fındıq, qoz kimi yağlı toxumlar və quru paxlagillər. Balıq, beyin funksiyalarının inkişafı üçün lazımdır. Çünki çoxlu doymamış yağ turşuları, kalsium, fosfor, yod kimi mineralları üçün yaxşı bir qaynaqdır, qış aylarında bol istifadə edilməlidir. Həftədə ən az iki dəfə yemək lazımdır.
Xəstəliklərdən qorunmaq və sağalma prosesini sürətləndirmək üçün yuxu rejiminə də diqqət etməlisiniz. Çünki yuxu sizi sakitləşdirir və sabahki günə daha fəal başlamağınızı təmin edir. Sağlamlığınız üçün 6 saatdan az 10 saatdan çox yatmamağı tövsiyyə edirik.
Sağlamlığınızın qeydinə qalın!