Qışa hazırlıq: Badımcanla pomidor salatı

Qış üçün çox müxtəlif reseptlər var. Ancaq onların tərkibinə ədviyyətlər və sirkə əlavə edirlər . Qışa hazırlıq Bu gün biz sizinlə xüsusi qış üçün badımcanla pomidor salatı resepti bölüşəcəyik. Təqribən 2,5 saata hazırlanır.

Nələr tələb olunur 

qışa salatıBizə 2,5 kiloqram badımcan, 3 kiloqram pomidor, 10 ədəd bolqar və 2 ədəd acı bibər, 10 diş sarımsaq, 3 yemək qaşığı günəbaxan yağı və 3 yemək qaşığı (zövqə görə dəyişir) duz lazımdır.
Qablaşdırma üçün: bankalar, dəmir qapaqları və qapaqları bağlamaq maşını.

Qış salatın hazırlanması

İlk öncə məhsulları təmizləyib yuyun. Sonra isə pomidorları böyük bir qazanda (hansında ki bişiriləcək) dilimləyərək doğrayın və bişirdiyniz qazana qoyun. Tərkibində 3 yemək qaşığı duz, 3 yemək qaşığı yağı əlavə edin. Onu bir müddət kənarda saxlayın ki, suyu çıxsın.

Qalan məhsulların doğranılmasına dəvam edin. Badımcanların qabıqlarını bir hissəsi qalancaq şəkildə təmizləyin. Bolqar bibəri də dilimlərlə doğrayın. Sarımsaq və acı bibəri ətçəkən maşından keçirdin.

Beləliklə, pomidor olan qazanı orta temperaturda istilik verən qazın üstünə qoyun. 3-4 dəqiqə bişirin, əzilmiş sarımsaq ilə bibəri əlavə edərək 5 dəqiqə də qarışdırın. Bolqar bibəri töküb 10 dəqiqə belə bişirdikdən sonra badımcanı əlavə edin. Qazanın ağzı bağlı şəkildə 30-40 dəqiqə bişirin. 5 dəqiqəlik fasilələrlə qaşıq ilə qarışdırın. Su az olsa, 1 stəkan qaynadılmış isti su tökə bilərsiniz. O hazırlanarkən, bankaları soda ilə yüyün. Kimyəvi maddələrdən (gel və yuyucu şampunlardan) istfadə etməyin, yoxsa zəhərlənmə verə bilər.

Müəyyən bir vaxtdan sonra, badımcanın dadına baxmaq lazımdır. Əgər yumuşaqdırsa qazı söndürün, soyuması üçün 15 dəqiqə gözləyin. Sonra bankaları bu qış salatı ilə səliqəli doldurun. Bişirdiyiniz qazanı yuyulur və su ilə yenidən doldurulur. Onu orta istilik verən qazın üzərinə qoyun.qışa hazırlıq

Təmiz bir pambıq dəsmalı əlavə edirik ki, banklar qaynayanda bir-birinə dəyib sınmasınlar. Bu şəkildə 2 saat qaynadırıq. Bundan sonra qoruyucu əlcəklər ilə ehtiyatla qazandan çıxarın, yumşaq və quru yerə qoyun.

İndi isə qapaqları bankalara yerləşdirin, onları xüsusi qapaqbağlayan maşınla bağlayın.

Bankanın başını aşağı çevirərək bərk olduğunu yoxlayın. Qaranlıq, sərin yerə qoyun, üzərini örtün və qışı gözləyin.

Müəllif: Tovuz Aslanova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!